28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Rəssamlar İttifaqında rəsm sərgisi açılacaq

Martın 7-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, ittifaqın təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə 40-dək sənət əsəri nümayiş olunacaq.Sərginin ekspozisiyasında qadın gözəlliyinə və zərifliyinə həsr olunmuş əsərlər yer alacaq.Hər kəsin qatıla biləcəyi sərgi bir gün ziyarətçilər üçün açıq olacaq.xeber100.com

Fevral 25, 2017 2:25

“Açıq qapı” günü təşkil olunacaq

Fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Açıq qapı” günü çərçivəsində sənət ocağının yaradıcı kollektivi yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasını təqdim edəcək.rejissor Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.xeber100.com

Fevral 25, 2017 2:21

Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edir.xeber100.com

Fevral 24, 2017 12:39

İkitərəfli anlaşma memorandumu imzalanıb

Fevralın 23-də Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.Azərtac xəbər verir ki, görüş çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında fəaliyyət göstərən kitabxanalarda Amerika guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli anlaşma memorandumu imzalanıb.Qonağı səmimi salamlayan Əbülfəs Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq. Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq.Nazir, həmçinin Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı böyük bir layihədə də ABŞ-ın yaxından iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb.xeber100.com

Fevral 24, 2017 12:36

Opera və Balet Teatrı təqdim edir

Martın 7-də Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsərində əsas partiyaları Belarusdan dəvət almış məşhur balet ulduzları - Yana Ştangeyi və bu ölkənin Xalq Artisti İqor Artamonov ifa edəcək.Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.xeber100.com

Fevral 24, 2017 11:45

“Qarabağ” kino günləri keçiriləcək

Fevralın 25-dən 27-dək Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə ”Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində “Qarabağ” kino günləri təşkil olunacaq.TEAS-dan Aərtac-a bildirilib ki, tamaşaçılar vətənimizin ağır günlərindən bəhs edən filmləri üç gün ərzində ödənişsiz izləyə biləcəklər.“Qarabağ” kino günlərinin keçirilməsində əsas məqsəd gənc nəslin tariximizin ən ağır səhifəsi - Xocalı soyqırımı və Qarabağ ətrafında baş verən hadisələrin unudulmaması, obyektiv məlumatların verilməsi və maarifləndirilməsi işinə töhfə verməkdir.xeber100.com

Fevral 23, 2017 12:12

Gənc Tamaşaçılar Teatrı mart repertuarını açıqlayıb

Gənc Tamaşaçılar Teatrı  mart ayının repertuarını təqdim edir. 4 mart - Ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, “Romeo və Culyetta” 5 mart - “Çəkməli pişik”, “Mehmanxana sahibəsi” 10 mart - “Sərgüzəşti Vəziri xani Lənkəran” 11 mart - “Dovşanın ad günü”, “Qohumlar” 12 mart - “Tülkü tülkü tünbəki”, “Hasarın o üzü” 18 mart - “Tıq-tıq xanım” 19 mart - “Qoğalın nağılı” 21 mart - “Uzuncorab Pippi” 22 mart - “Çirkin ördək balası” 23 mart - “Aycan” 25 mart - “Buratinonun macəraları”, “Şeyx Sənan” 26 mart - “Balaca və damda yaşayan Karlson”, “Leyli və Məcnun” 31 mart - “Ünvansız qatar” (premyera)xeber100.com

Fevral 23, 2017 12:08

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində…

Britaniya parlamentində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqına qarşı böyük haqsızlıq və ədalətsizlik olduğunu bildiriblər. Xocalı faciəsinə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tezliklə hüquqi-siyasi qiymət verilməsinə və bu hadisəni törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəslədikərini ifadə ediblər.Bu il münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Britaniya parlamentinin üzvü Baronessa Varsi, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter və azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva daxil idi.Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndirilib.xeber100.com

Fevral 23, 2017 12:04

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı təqdim edir

Martın 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Korsar” ikihissəli baleti nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib.xeber100.com

Fevral 23, 2017 11:59

Beynəlxalq rəsm sərgisi açılıb

Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı beynəlxalq rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək deyib ki, bu sərgini ölkəmizin mədəni həyatında hadisə kimi dəyərləndirə bilərik.Qeyd edilib ki, Amerikalı rəssamın yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksiyaçıları sırasında Bill Klinton, Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Uilyam Skott və başqa tanınmış şəxslərin adlarını qeyd etmək olar. Rəssamın əsərləri dünyanın məşhur muzeylərində saxlanılır. Sərginin ekspozisiyası iki hissədə təqdim edilib. Birinci hissədə rəssamın 2008–ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunur. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alıb. Ümumiyyətlə, rəssamın sərgidə 73 rəsm və heykəltəraşlıq əsəri nümayiş etdirilir.Aprelin 6-dək davam edəcək sərgi çərçivəsində bir çox mədəni-maarif tədbirləri təşkili nəzərdə tutulub.xeber100.com

Fevral 22, 2017 11:45
    Page 144 of 219« First«...102030...142143144145146...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az