03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Beynəlxalq rəsm sərgisi açılacaq

Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı beynəlxalq rəsm sərgisi açılacaq.Azərtac Muzey Mərkəzinin saytına istinadla xəbər verir ki, sərginin ekspozisiyası iki hissədə təqdim ediləcək. Birinci hissədə rəssamın 2008–ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunacaq. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alacaq. Aprelin 6-dək davam edəcək sərgi çərçivəsində bir çox mədəni-maarif tədbirləri təşkil ediləcək.xeber100.com

Fevral 7, 2017 10:54

Musiqili Teatrda 107-ci mövsümün növbəti premyerası keçiriləcək

Musiqili Teatrda “Mənim günahım”ın premyerası olacaq Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Musiqili Teatrdan bildirib ki, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və  bəstəkar Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşa 9 fevral saat 19.00-da tamaşaçılara təqdim olunacaq.xeber100.com

Fevral 6, 2017 12:30

İncəsənət Muzeyində fərdi sərgi açılacaq

Fevralın 7-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam İrina Eldarovanın “Brend kimi kişi” sərgisinin açılışı olacaq.Muzeydən Azərtac-a bildirilib ki, İrina Eldarovanın “Brend kimi kişi” adlı yeni layihəsi kişi təxəyyülündən doğulmuş və formalaşmış dünyaya daxil olmaq cəhdidir. Rəssam fevralın 22-dək davam edəcək fərdi sərgisi üçün 40-a yaxın müxtəlif formatlı əsərlər yaradıb.Sankt-Peterburqdakı Repin adına Dövlət Rəssamlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutunun (1975-79-cu illər) və Moskvada yerləşən V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun (1980-82-ci illər) məzunu İrina Eldarova Moskvada doğulub. Tanınmış rəssam 1995-ci ildən “Caspian Publishing House” beynəlxalq nəşriyyat evinin art-direktorudur, xaricdə, eləcə də MDB ölkələrində keçirilən bir çox sərgilərin iştirakçısıdır. Onun yaradıcılıq fəaliyyətinə rəngkarlıq və qrafika ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın irimiqyaslı nəşriyyat layihələrinin idarəçiliyi də daxildir.xeber100.com

Fevral 5, 2017 7:10

I ümumrespublika açıq fotosərgisi keçiriləcək

Fevralın 8-də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisi keçiriləcək.AFB-dən AZƏRTAC-a bildirilib ki, sərginin əsas məqsədi könüllü hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.Fotosərgidə 15 fotoqrafın 34 fotoşəkil nümayiş olunacaq. xeber100.com

Fevral 5, 2017 5:41

Rus Dram Teatrı təqdim edir…

Martın 12-də Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.Azərtac teatrın saytına istinadla xəbər verir ki, tamaşa xalq artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.xeber100.com

Fevral 5, 2017 5:37

“Disfoniya” adlı qrup sərgisi açılıb

“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında“Disfoniya” adlı qrup sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgi gündəlik məlumat axınının və səs “çirklənməsi”nin artması, eləcə də insanın daxili münaqişələrini və psixoloji durumlarını araşdıran eksperimental layihədir.Disfoniya tibbi termin kimi struktur olaraq tamamilə normal olan səs büküşlərinin, səsi yaradan qırtlağın və rezonansı yaradan udlaq və ağızın normal funksiyasına və anatomiyasına baxmayaraq, insanın uyğun səs çıxarma funksiyasını yerinə yetirə bilməməsi vəziyyətidir. Sərgi fFevralın 24-dək davam edəcək.xeber100.com

Fevral 4, 2017 2:10

“Qarabağ kolleksiyası” nümayiş etdiriləcək

Fevralın 18-də Londonda “Fashion Week Afterparty” çərçivəsində Leoni Mergenin “Qarabağ kolleksiyası” nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) “facebook” səhifəsində yer alıb.Leoni Mergen bu kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ilhamlanaraq ərsəyə gətirib. O, kolleksiyanı hazırlayanda Qarabağ dizaynlarını əsas çıxış nöqtəsi kimi götürüb, həmçinin özünün innovativ və fərdi baxışlarını əlavə edib. Yanvar ayında Berlində “Mersedes Benz Moda Həftəsi” çərçivəsində nümayiş etdirilən “Qarabağ kolleksiyası” böyük marağa səbəb olub. Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, sahə üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar kolleksiyanı maraqla izləyiblər. Nüfuzlu jurnalların səhifələrində bu kolleksiya haqqında məqalələr yer alıb.xeber100.com

Fevral 4, 2017 1:23

Filarmoniyada konsert proqramı təşkil olunacaq

Fevralın 14-də Filarmoniyada bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təşkil olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki, konsertdə dirijor T.Göyçayevin rəhbərliyi ilə Dövlət Kamera Orkestri çıxış edəcək.Konsert çərçivəsində bəstəkarların əsərləri F.Hacıyeva, S.Cəfərov, S.Ərəbli, M.Mirələmov və b. tərəfindən ifa olunacaq.xeber100.com

Fevral 3, 2017 12:32

Nizami Kino Mərkəzi təqdim edir

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Zənglər” və milli “Ağanatiq” filmlərinin nümayişinə başlanılıb.Mərkəzin mətbuat xidmətindən bildirilib ki, “Zənglər” filmini Ceykob Aaron Estesin ssenarisi əsasında rejissor F.Havyer Qutyerres dəhşət və dram janrında çəkib.Rollara Vinsent D'Onofriyo, Laura Uiqqins, Eymi Tiqarden, Conni Qaleki, Lizzi Broşere, Bonni Morqan və b. aktyorlar çəkilib.“Ağanatiq” milli komediyasının rejissoru məşhur “Parni iz Baku” ŞHK-nın üzvü Cabir İmanovdur.Filmdə aktyorlar Cabir İmanov, Azər Məmmədzadə, Tahir İmanov, Emil Abbasov, Bəhram Bağırzadə və b.çəkilib.xeber100.com

Fevral 3, 2017 12:25

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə…

Fevralın 4-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında yeni layihəyə start veriləcək. Layihə çərçivəsində bir sıra ölkələrdən olan rəssamların Azərbaycanla bağlı çəkəcəkləri əsərlərdən ibarət sərgi açılacaq.Azərtac xəbər verir ki, layihə“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə gerçəkləşəcək. Məqsədi ölkəmizin mədəni zənginliyini müxtəlif mədəniyyət və adət-ənənəyə malik rəssamların yaradacaqları əsərlər fonunda təqdim etmək və beynəlxalq mədəni əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir.xeber100.com

Fevral 3, 2017 12:20
    Page 149 of 218« First«...102030...147148149150151...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az