19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Türkvizyon” müsabiqəsi Qazaxıstanda keçiriləcək

Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması - “Türkvizyon” bu il Qazaxıstanda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.Qeyd edək ki, “Türkvizyon” müsabiqəsi Türk Musiqi Birliyi (TMB) televiziya kanalının layihəsidir. Layihəyə TÜRKSOY və digər qurumlar dəstək verir.Müsabiqədə həm türkdilli ölkələrin nümayəndələri, həm də digər ölkə və regionlardan türk əsilli ifaçılar iştirak edə bilər.Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib.Xatırladaq ki, İstanbulda keçirilən sonuncu yarışmaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Albaniya, Moldova (Qaqauz Yeri), Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Suriya (Bayırbucak) və İraq türkmənlərinin təmsilçiləri qatılmışdı. Münsiflər heyətinin verdiyi ballara əsasən “Türkvizyon-2015”in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova olmuş, ikinci yeri Qazaxıstanın “Orda” qrupu, üçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazanmışdı.xeber100.com

Fevral 17, 2017 11:44

“Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində…

“Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində fevralın 16-dan etibarən “İçəri şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının “Facebook” səhifəsində yerləşdiriləcək.Qeyd edək ki, ekran əsəri hazırda Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalında nümayiş olunur.xeber100.com

Fevral 16, 2017 11:26

Türk xalqlarının ortaq ədəbi irsi…

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib.Nazirlikdən Azərtac-a bildirilib ki, toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib. Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab “Efendi” nəşriyyat evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.Yerli oxucular tabeçilikdə olan kütləvi kitabxanalarda “Molla Nasraddin Anecdotes” kitabı ilə tanış ola bilərlər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.xeber100.com

Fevral 16, 2017 11:22

Musiqili Teatrın məlumatına görə…

Musiqili Teatr daha bir beynəlxalq festivala dəvət olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, söhbət Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Hər il bir sıra ölkələrin nüfuzlu teatrlarının iştirak etdiyi bu festival mayın 2-dən 15-dək Trabzon şəhərində keçiriləcək. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.xeber100.com

Fevral 16, 2017 11:17

“Bir eksponatın tarixi” layihəsi çərçivəsində…

Fevralın 18-də Azərbaycan Xalça Muzeyində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan olan “Qafqaz Albaniyasının Yaloylutəpə tipli qab”ın tarixi haqqında məlumat veriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbir “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşacaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tədbirdə geniş məruzə ilə çıxış edəcək.xeber100.com

Fevral 16, 2017 11:10

Muğam Mərkəzində konsert proqramı təşkil ediləcək

Martın 26-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”nun “Ritm varsa həyat var” adlı solo konserti keçiriləcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, biletləri şəhərin kassalarında, “Asan xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.Konsertdə müxtəlif milli musiqi ritmləri ilə yanaşı, biri-birindən maraqlı xarici ritmlər də səslənəcək.xeber100.com

Fevral 15, 2017 12:09

Kinematoqrafçılar İttifaqının məlumatı

Kinematoqrafçılar İttifaqı operator-rejissor Rasim Ocaqovun adına təqaüd təsis edib.Qurumun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görkəmli kinorejissorun adına olan təqaüd Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və ən yaxşı oxuyan, istedadı ilə fərqlənən tələbəyə verilib.xeber100.com

Fevral 15, 2017 12:06

“Xocalı” adlı rəsm sərgisi açılacaq

Fevralın 27-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı” adlı rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgidə eyniadlı müsabiqəyə sözügedən mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq. İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək.Sərgi çərçivəsində qalib iştirakçılar mükafatlandırılacaq.xeber100.com

Fevral 15, 2017 12:02

“British Council Azərbaycan”ın məlumatı

“British Council” təşkilatı “ASAN” radio və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Selector PRO” adlı musiqi forumu təşkil edəcək.“British Council Azərbaycan”dan Azərtac-a bildirilib ki, Böyük Britaniyanın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərinin və mütəxəssislərinin bir arada toplandığı bu forum fevralın 23-də başlamaqla iki gün davam edəcək.“YARAT” Müasir İncəsənət Mərkəzində baş tutacaq forumun proqramına radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, hər iki ölkənin musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.xeber100.com

Fevral 15, 2017 11:55

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Fevralın 21-də “YARAT” Müasir İncəsənət Məkanında kinorejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” qısametrajlı filmi nümayiş olunacaq.İncəsənət Məkanından Azərtac-a bildirilib ki, film həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qeyd edək ki, film Azərbaycan dilində rus dili alt yazıları ilə təqdim olunacaq.xeber100.com

Fevral 15, 2017 11:51
    Page 147 of 220« First«...102030...145146147148149...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az