15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Mədəniyyət və Turizm Nazirliyinin məlumatı

Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi bu il yaranmasının 85 illiyini qeyd edir.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, fevralın 10-da Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış edəcəklər. Kollektiv dirijor Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşəcək. Konsertdə R.Abdullayev, A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, Motsart və digər bəstəkarların yaradıcılığına müraciət olunacaq.xeber100.com

Fevral 8, 2017 11:53

“YARAT” Film Klubunun təşkilatçılığı ilə…

“YARAT” Müasir İncəsənət Mərkəzində amerikalı rejissor Liza Limanın “Şanslı bir fil” ekran əsəri nümayiş olunub.Azərtac xəbər verir ki, film Amerikanın ölkəmizdəki səfirliyinin dəstəyi, “YARAT” Film Klubunun təşkilatçılığı ilə reallaşıb.Tədbirdə ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen “YARAT” Film Klubu tərəfindən gerçəkləşən belə layihələrin əhəmiyyətindən danışıb. Bu yöndə reallaşdırılan layihələrin ikitərəfli mədəni əlaqələrə təkan verdiyini deyən xanım diplomat gələcəkdə bu istiqamətdə daha böyük işlər görüləcəyinə əminliyini ifadə edib.xeber100.com

Fevral 8, 2017 11:48

Rəssamlar İttifaqında yaradıcılıq sərgisi təşkil olunacaq

Fevralın 10-da Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Nağdəli Xəlilovun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi təşkil olunacaq.İttifaqdan Azərtac-a bildirilib ki, sərgidə fırça ustasının müxtəlif mövzulu 70-dək sənət əsəri nümayiş olunacaq. Rəssamın 70 illik yubileyi çərçivəsində açılacaq sərgi bir həftə davam edəcək.xeber100.com

Fevral 8, 2017 11:41

Rus Dram Teatrında premyera olacaq

Martın 12-də Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.Azərtac teatrın saytına istinadla xəbər verir ki, tamaşa Azərbaycanın Xalq Artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.xeber100.com

Fevral 7, 2017 11:10

Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə…

Kulinarlarımız Türkiyənin İstanbul şəhərlərində keçirilən Beynəlxalq Kulinariya Çempionatından Vətənə medallarla dönüblər. Bu münasibətlə fevralın 9-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə konfrans keçiriləcək.AMKA-dan Azərtac-a bildirilib ki, konfransda kulinarlarımızın qazandıqları uğurlar müzakirə olunacaq. Həmçinin onlar beynəlxalq çempionat çərçivəsində iştirak etdikləri ustad dərslərində qazandıqları təcrübəni bölüşəcəklər.xeber100.com

Fevral 7, 2017 11:02

Beynəlxalq rəsm sərgisi açılacaq

Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı beynəlxalq rəsm sərgisi açılacaq.Azərtac Muzey Mərkəzinin saytına istinadla xəbər verir ki, sərginin ekspozisiyası iki hissədə təqdim ediləcək. Birinci hissədə rəssamın 2008–ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunacaq. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alacaq. Aprelin 6-dək davam edəcək sərgi çərçivəsində bir çox mədəni-maarif tədbirləri təşkil ediləcək.xeber100.com

Fevral 7, 2017 10:54

Musiqili Teatrda 107-ci mövsümün növbəti premyerası keçiriləcək

Musiqili Teatrda “Mənim günahım”ın premyerası olacaq Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Musiqili Teatrdan bildirib ki, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və  bəstəkar Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşa 9 fevral saat 19.00-da tamaşaçılara təqdim olunacaq.xeber100.com

Fevral 6, 2017 12:30

İncəsənət Muzeyində fərdi sərgi açılacaq

Fevralın 7-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam İrina Eldarovanın “Brend kimi kişi” sərgisinin açılışı olacaq.Muzeydən Azərtac-a bildirilib ki, İrina Eldarovanın “Brend kimi kişi” adlı yeni layihəsi kişi təxəyyülündən doğulmuş və formalaşmış dünyaya daxil olmaq cəhdidir. Rəssam fevralın 22-dək davam edəcək fərdi sərgisi üçün 40-a yaxın müxtəlif formatlı əsərlər yaradıb.Sankt-Peterburqdakı Repin adına Dövlət Rəssamlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutunun (1975-79-cu illər) və Moskvada yerləşən V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun (1980-82-ci illər) məzunu İrina Eldarova Moskvada doğulub. Tanınmış rəssam 1995-ci ildən “Caspian Publishing House” beynəlxalq nəşriyyat evinin art-direktorudur, xaricdə, eləcə də MDB ölkələrində keçirilən bir çox sərgilərin iştirakçısıdır. Onun yaradıcılıq fəaliyyətinə rəngkarlıq və qrafika ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın irimiqyaslı nəşriyyat layihələrinin idarəçiliyi də daxildir.xeber100.com

Fevral 5, 2017 7:10

I ümumrespublika açıq fotosərgisi keçiriləcək

Fevralın 8-də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisi keçiriləcək.AFB-dən AZƏRTAC-a bildirilib ki, sərginin əsas məqsədi könüllü hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.Fotosərgidə 15 fotoqrafın 34 fotoşəkil nümayiş olunacaq. xeber100.com

Fevral 5, 2017 5:41

Rus Dram Teatrı təqdim edir…

Martın 12-də Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.Azərtac teatrın saytına istinadla xəbər verir ki, tamaşa xalq artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.xeber100.com

Fevral 5, 2017 5:37
    Page 149 of 219« First«...102030...147148149150151...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az