03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Gənc Tamaşaçılar Teatrının məlumatı

Gənc Tamaşaçılar Teatrı məktəblilərin qış tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənət ocağı klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşalarla teatrsevərlərin görüşünə gələcək.Start götürəcək tamaşalar paradı yanvarın 30-dək davam edəcək. Tamaşaların nümayişində məqsəd məktəblilərin, yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, habelə onları klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanan ən yaxşı nümunələrlə tanış etmək, dünyagörüşlərinin və estetik zövqlərinin formalaşmasına kömək etməkdən ibarətdir.xeber100.com

Yanvar 27, 2017 11:51

“Don Kixot” baletinin tamaşası keçiriləcəkdir

Yanvarın 28-də Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan "Don Kixot" baletinin tamaşası keçiriləcəkdir.Teatrın məlumatına görə, dünyanın bir çox qabaqcıl teatrlarının səhnələrini bəzəyən "Don Kixot" 1973-cü ildən bəri fasiləsiz olaraq Azərbaycan Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.Qeyd edək ki, yanvarın 28-də keçiriləcək tamaşada baş rolları beloruslu balet ustaları ifa edəcəklər. Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Aleksandra Çijik Kitri, digər solist Konstantin Qeronik isə Bazil rolunda  çıxış edəcəklər.xeber100.com

Yanvar 27, 2017 11:46

Opera və Balet Teatrı təqdim edir

Fevralın 4-də Opera və Balet Teatrında C.Puççininin  “Boqema”operasının tamaşası keçiriləcəkdir.Tamaşada əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), xalq artisti Əli Əsgərov (Alsindor), solistlərdən Tural Ağasıyev (Şonar), Tələt Hüseynov (Kollen) çıxış edəcəklər. Teatr rəhbərliyi tamaşada iki əsas partiyanı ifa etmək üçün qastrolçular dəvət etmişdir. Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromovun adı opera həvəskarlarına artıq tanışdır. Növbəti dəfə teatrımızın qonağı olacaq beloruslu vokalçı Marsel partiyasını ifa edəcəkdirxeber100.com

Yanvar 27, 2017 11:40

Musiqi axşamı təşkil olunacaq

Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək konsertdə hər kəs iştirak edə bilər. Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.Qeyd edək ki, bir çox beynəlxalq müsabiqələrin laureatı olan orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda təşkil olunmuş festivallarda uğurla çıxış edib.

Yanvar 26, 2017 12:57

Mahnı Teatrında “Gəncləşən sazım” adlı tədbir keçiriləcək

Yanvarın 26-da  Mahnı Teatrında “Gəncləşən sazım” adlı tədbir keçiriləcək. Azərtac xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd xalqımızın əsrlər boyu qoruyub saxladığı və inkişaf etdirdiyi aşıq sənətini təbliğ etməkdir. Layihə aşıq sənətinin bölgələrdə geniş yayılmasını təşkil etməklə sənətə yeni simaların gəlməsinə, gənclərdə bu sənətə marağın artırılmasına və istedadların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.xeber100.com

Yanvar 26, 2017 12:47

İrəvan Teatrı premyeraya hazırlaşır

İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi “Qanlı qızıl toy” tamaşasının məşqlərini başa çatdırıb.Teatrdan Azərtac-a bildirilib ki, tamaşanın premyerası fevralın ilk ongünlüyündə keçiriləcək.Tamaşa teatrın direktoru İ.Piriyevin “Osman və Süsən” əsəri əsasında səhnələşdirilib. Əsərin rejissoru N.Qərib, bəstəkarı C.Quliyev, səhnə tərtibatçısı M.Eldarovadır.Şuşanın müdafiəsində qəhrəmanlıq göstərən igidlərimizin xatirəsinə həsr olunmuş əsərdə baş rolları Xalq Artisti Rəfael Dadaşov və Əməkdar Artist Hicran Nəsirova ifa edirlər.xeber100.com

Yanvar 26, 2017 12:40

Milli Dram Teatrı fevral ayı repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fevral ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın fevral repertuarını təqdim edir: 3 fevral -“Almaz” 4 fevral - “Aldanmış ulduzlar”, “Mənim günahım” 5 fevral - “Anamın kitabı” , “Ölülər” 10 fevral - “Vəsiyyət” 11 fevral - “Danışan gəlincik”, “Nazirin xanımı” 12 fevral - “Qürbətdən gələn məktublar”, “Almaz” 17 fevral - “Şekspir” 18 fevral - “Buzlar ölkəsi”, “Sərgüzəşti-vəziri–xani–Lənkəran” 19 fevral - “Qaraca qız”, “Zorən şorgöz” 24 fevral - “Müfəttiş” 25, 26 fevral - “Xəcalət”, “Qarabağnamə”.xeber100.com

Yanvar 25, 2017 2:00

Regional seminar işə başlayıb

Yanvarın 25-də Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar işə başlayıb.Azərtac xəbər verir ki, seminarın açılışında Xalça Muzeyinin direktoru Ş.Məlikova seminarların əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarlar çərçivəsində zərgərlik sənəti ilə bağlı müvafiq məlumatlar verilməklə yanaşı, həmçinin bu sahədə iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.xeber100.com

Yanvar 25, 2017 1:56

Mədəni əlaqələr müzakirə olunub

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Musiqili Teatrında olub.Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının direktoru Ə.Lalayevlə görüşən qonağa teatr haqqında məlumat verilib.Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub.Görüş zamanı qarşılıqlı ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib.Söhbətdə hər iki ölkənin dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Macarıstana dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.xeber100.com  

Yanvar 25, 2017 1:51

Rəsm Qalereyasının təşkilatçılığı ilə…

Yanvarın 26-da Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı yeni layihəyə start veriləcək.Qalereyadan Azərtac-a bildirilib ki, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafını, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.xeber100.com

Yanvar 25, 2017 1:47
    Page 152 of 218« First«...102030...150151152153154...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az