Yanvarın 25-də Bakıda “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.Xalça Muzeyindən AZərtac-a bildirilib ki, seminar çərçivəsində “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı”, “Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi”, “İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər” mövzusunda mühazirələr dinləniləcək.xeber100.com