19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Musiqili Teatrın fevral repertuarını təqdim edir

Musiqili Teatr 2017-cı il fevral ayı üçün repertuarını açıqlayıb. 04.02 R. Şəfəq, V. Zimin “Yağış göbələyinin macərası” (rus dilində) 12.00 04.02. E. Sabitoğlu, C. Məmmədov “www.ferzeli-kef.com” 19.00 05.02 Ə. Səmədli “Meşə çaqqalsız olmaz” 12.00 05.02 Ə. Haqverdiyev “Kimdir müqəssir” 19.00 10.02. İ. Kalman “Silva” (rus dilində) 19.00 11.02 E. Sabitoğlu, Y. Şvarts “Qırmızı papaq” 12.00 11.02 Ə. Səmədli “Toya bir gün qalmış” 19.00 12.02 H.X. Andersen “Düyməcik” 12.00 12.02 F. Sücəddinov, T. Vəliyeva “Mən dəyərəm min cavana” 19.00 17.02 Elçin “Baladadaşın toy hamamı” 19.00 18.02 O. Kazimi, R. Heydər “Qızıl toy” 19ş00 18.02 Ü. Hacıbəyli “O olmasın, bu olsun” 19.00 19.02 O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” 12.00 19.02 F. Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19.00 24.02 R. Hacıyev “Qafqazlı qardaşqızı” (rus dilində) 19.00 25.02 R. Ağayeva, A. Xayt, A. Kurlyandski “Bir dayan canavar” 12.00 25.02 R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov “Talelər qovuşanda” 19.00

Fevral 1, 2017 12:52

Avropa Azərbaycan Cəmiyyəti incəsənət müsabiqəsinə başlayıb

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb. TEAS-ın saytı xəbər verir ki, bu il nüfuzlu münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter daxildir.Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndiriləcək. Boyakarlıq, kollaj, qravür işi və ya fotoqrafiyadan istifadə edərək yaddaqalan və zəngin təxəyyüllü əsərlər təqdim edən müəlliflər qalib olacaq. Bütün iştirakçılar Böyük Britaniya parlamentində keçiriləcək və parlament üzvlərinin iştirak edəcəyi mükafatlandırma mərasiminə və sərgiyə dəvət ediləcək. Qaliblərin adları fevralın 22-də elan olunacaq.xeber100.com

Fevral 1, 2017 10:53

“YARAT” Müasir İncəsənət Mərkəzinin məlumatı

Fevralın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının nəzdində fəaliyyət göstərən uşaq musiqili teatrı “Səni sevirəm, Xəzərim!” adlı tamaşa təqdim edəcək.“YARAT”dan Azərtac-a bildirilib ki, səhnə əsəri gənc rejissorlar Elvin Mirzəyev və Nigar Həsənzadənin quruluşunda təqdim olunacaq. Tamaşaçılar bu musiqi və mahnılarla keçmiş dövrlərdən bu günədək müxtəlif zamanlara səyahət edib, Vətənimizin müxtəlif dəb və adətlərin şahidi olacaqlar.xeber100.com

Yanvar 31, 2017 11:42

“Bizim kino günləri” öz işinə başlayır

Fevralın 2-dən  “Azərbaycanfilm” kinostudiyasının ənənəvi layihəsi olan “Bizim kino günləri” öz işinə başlayır.Kinostudiyadan Azərtac-a bildirilib ki, bu layihə ilk dəfə 2016-cı ildə keçirilib və “Bizim kino günləri – audiovizual məkanda peşəkarlıq” adlanıb. Həmin layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.“Bizim kino günləri 2017”də son illərdə çəkilən “Qatil”, “Yarımçıq xatirələr”, İçəri şəhər”, “Axınla aşağı”, “Xeyirlə şərin rəqsi”, “Dərs”, “Qırmızı bağ” filmləri nümayiş olunacaq.xeber100.com

Yanvar 31, 2017 11:38

Milli Dram Teatrının təqdimatında…

Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşa Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Mustafa Mustafayev olan səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir.Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.xeber100.com

Yanvar 30, 2017 11:34

“Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində…

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində növbəti xeyriyyə tədbiri keçirilib.Daşkənddəki internat məktəbi və uşaq evlərinin 250-dən çox şagirdinin qatıldığı tədbirdə AMM-in direktoru S.Abbasov Azərbaycan ilə Özbəkistan arasındakı dostluq əlaqələrindən, rəhbərlik etdiyi mərkəzin uşaq evləri ilə bağlı layihələrindən və ölkəmizdə uşaqlara yaradılan şəraitdən söhbət açıb.xeber100.com

Yanvar 30, 2017 11:26

“Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək

Fevralın 10-da Rusiya Federasiyası Krasnodar diyarı L.Qatov adına “Premyera” Krasnodar Yaradıcılıq Birliyində bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, bu barədə məlumat “Premyera” Krasnodar Yaradıcılıq Birliyinin saytında yer alıb. Чфежкдфвфй лш, “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında reallaşıb.xeber100.com

Yanvar 30, 2017 11:21

“Məhəbbət əhvalatı”adlı sərgi-yarmarka təşkil ediləcək

Fevralın 11-də “ISR Plaza”da “Məhəbbət əhvalatı” (Love story) adlı sərgi-yarmarka təşkil ediləcək.Azərtac xəbər verir ki, 22-ci dəfə baş tutacaq sərgi-yarmarkada bir sıra rəssamların əl işləri nümayiş olunmaqla yanaşı, həm də satışa çıxarılacaq. Romantik mövzulu əsərlərin üstünlük veriləcəyi sərgi-yarmarka iki gün davam edəcək.Qeyd edək ki, iştirak etmək istəyən hər kəs sərgiyə qatıla bilər.xeber100.com

Yanvar 30, 2017 11:14

Filarmoniyada xatirə gecəsi keçirilib

Filarmoniyada bəstəkar Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.Azərtac xəbər verir ki, gecədə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb, sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edib.xeber100.com

Yanvar 29, 2017 4:18

“Sevgilim” adlı konsert proqramı təqdim olunacaq

Fevralın 14-də Heydər Əliyev Sarayında “Sevgilim” adlı konsert proqramı təqdim olunacaq.Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, konsertdə respublikanın tanınmış və gənc müğənnilərinin ifaları dinləniləcək.Musiqili gecədə Azərbaycan xalq, bəstəkar mahnıları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.xeber100.com

Yanvar 29, 2017 1:52
    Page 152 of 220« First«...102030...150151152153154...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az