28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Milli Arxiv İdarəsinin məlumatına görə…

Milli Arxiv İdarəsində istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim olunması, arxiv həyatına aid olan məsələlərin işıqlandırılması, bütün sahələrə aid olan arxiv sənədlərinin ictimaiyyətə daha da geniş çatdırılması üçün lazımi tədbirlər görülməkdə davam edir.İdarədən Azərtac-a bildirilib ki, ötən ildə bu məqsədlə rəsmi sayt vasitəsilə üç virtual sərgi təşkil olunaraq istifadəçilərin ixtiyarına verilib.Milli Arxiv İdarəsinin müraciətinə əsasən RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən EAMS Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinə daxil edilərək ona İE152601001 reyestr nömrəsi verilməklə sistem rəsmi çıxarışla təmin edilib. Bundan əlavə, hazırda EAMS üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam etdirilir. Bu sistemin daxilində dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən bütün fondlar haqqında müfəssəl məlumat mövcuddur. Cari ildə dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi planlı şəkildə həyata keçirilir.xeber100.com

Yanvar 18, 2017 1:38

Musiqili Teatrın Təbriz səfəri davam edir

İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Musiqili Teatrın Təbriz səfəri uğurla davam edir. Teatrın mətbuat xidməti bildirilib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının mədəniyyət idarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb.Musiqili Teatrının direktoru Ə.Lalayev çıxış edərək Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.xeber100.com  

Yanvar 17, 2017 11:12

“Muğam gecəsi” adlı ədəbi-bədii gecə təşkil olunub

Filarmoniyada “Muğam gecəsi” adlı ədəbi-bədii musiqili gecə təşkil olunub.Azərtac xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı musiqili gecədə xalq və bəstəkar mahnıları ilə yanaşı, muğam və təsniflərimiz də səsləndirilib.Həmçinin konsertdə televiziya muğam müsabiqəsinin qalibləri də çıxış ediblər.xeber100.com

Yanvar 17, 2017 11:02

Xətai Sənət Mərkəzində sərgi açılıb

Xətai Sənət Mərkəzində dekorativ tətbiqi sənət ustası S.Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılıb.Azərtac xəbər verir ki, “Yeddi gözəl” adlı sərgidə böyük Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim olunub.Xatırladaq ki, “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi çərçivəsində reallaşan sərgi üç gün davam edəcək.xeber100.com

Yanvar 17, 2017 10:57

Musiqi Akademiyasında təqdimat olub

Yanvarın 16-da Musiqi Akademiyasında bu təhsil ocağının Opera studiyasının “BakuOperArt” layihəsinin təqdimatı olub.Azərtac xəbər verir ki, musiqişünas J.Qulamova çıxış edərək opera sənətinin tarixindən, yaranmasından danışıb.Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləmək, sevdirmək və bu sənətə diqqət cəlb etməkdir.Layihə çərçivəsində baş tutacaq konsert proqramı barədə məlumat verərək deyib ki, italyan və fransız bəstəkarlarının operalarından parçalar səsləndiriləcək.xeber100.com

Yanvar 17, 2017 10:50

“İçərişəhərdə incəsənətlə istirahət günləri”…

Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılıb.Azərtac xəbər verir ki, İçərişəhərdə Kiçik qala, 105 ünvanında açıq səma altında gerçəkləşən sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunub, balacalara heykəltəraşlıq, keramika və rəssamlıq sənətinin özəllikləri ilə bağlı məlumatlar verilib. Həmçinin xalq sənətini təbliğ edən qalereyada yerlı rəssamlarla yanaşı, Moldova, Litva və Ukrayna sənətkarlarının sənət əsərləri də nümayış olunub.xeber100.com

Yanvar 17, 2017 10:43

Milli Dram Teatrı təqdim edir

Yanvarın 19-da Milli Dram Teatrının səhnəsində H.Mirələmovun ikihissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, Bəhrəm Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı İ.Məmmədov, musiqi tərtibatçısı S.Kərimidir. Səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov və Məzahir Cəlilov canlandıracaqlar.xeber100.com

Yanvar 16, 2017 11:16

“Xalçaçılıqda ornament motivlərinin semantikasının varisliyi”…

Xalça Muzeyində Rəssamlıq Akademiyasının dosenti M.Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” mövzusunda mühazirəsi dinlənilib.Azərtac xəbər verir ki, mühazirədə Azərbaycan xalçaçılığında ən geniş yayılmış ornamentlərin semantik mənasının açılmasından, onların müxtəlif forma və traktovkalarının müəyyən edilməsindən danışılıb.xeber100.com

Yanvar 16, 2017 11:12

“Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək

Fevralın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Fərhad obrazını Rusiyanın Əməkdar Artisti Yevgeni İvançenko, Şirini beynəlxalq müsabiqələr laureatı Olesya Novikova canlandıracaqlar.xeber100.com

Yanvar 16, 2017 11:08

“Aprel xatirələri” adlı tədbir keçirilib

Yanvarın 14-də Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib. Tədbir 2016-cı ilin aprel döyüşlərində “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan ordusunun apardığı müzəffər döyüşlərdən, üç şəhidin ömür yolundan söhbət açıblar, onlarla bağlı xatirələrini bölüşüblər.xeber100.com

Yanvar 15, 2017 11:20
    Page 156 of 219« First«...102030...154155156157158...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az