28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Film Klubu təqdim edir…

Yanvarın 17-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor C.Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, ingilis dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər. Ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. “YARAT” Film Klubunun təşkil etdiyi ekran əsərinin xronometrajı 15 dəqiqədir.xeber100.com

Yanvar 11, 2017 11:17

“Global Village” mədəniyyət festivalı keçiriləcək

Yanvarın 13-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək. “AIESEC”in “facebook” səhifəsi xəbər verir ki, festival “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının “Chill-out” zonasında təşkil ediləcək.“Global Village” tədbirində 15 ölkənin təmsilçiləri və “AIESEC” Azərbaycan təşkilatı tərəfindən ölkəmizə dəvət olunan 10 xarici könüllü dostluq ab-havasını yaratmaq, dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaq və öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AİESEC” Azərbaycan tərəfindən təşkil olunmuş “World for Kids”, “Dream Catcher”, “Game of Schools”, “EduChange”, “Children of the Future”, “Talk out Loud” kimi sosial layihələrin könüllüləridir.xeber100.com

Yanvar 11, 2017 11:12

“Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək

Fevralın 7-dən 9-dək Rusiya Dövlət Akademik Böyük Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin dirijorluq edəcək.Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.xeber100.com

Yanvar 11, 2017 11:08

Xalça Muzeyinin birgə təşkilatçılığı ilə…

Yanvarın 25-də Bakıda “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.Xalça Muzeyindən AZərtac-a bildirilib ki, seminar çərçivəsində “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı”, “Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi”, “İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər” mövzusunda mühazirələr dinləniləcək.xeber100.com

Yanvar 10, 2017 1:19

“The Art Thema Gallery”də sərgi açılacaq

Fevralın 23-dən 28-dək Brüsseldə “The Art Thema Gallery”də “Evə aparan beş yol” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin saytında yer alıb.Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi köçkünlərin fotoşəkilləri nümayiş etdiriləcək.Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə cəlb etmək məqsədilə bütün şəkilləri qara arxa fonda çəkib.xeber100.com

Yanvar 10, 2017 10:16

2017-ci ilin ilk premyerası keçiriləcək

Musiqili Teatrda 107-ci mövsümün növbəti, 2017-ci ilin isə ilk premyerası keçiriləcək. Teatrın mətbuat katibi bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettası tamaşaçılara təqdim olunacaq. Xatırladaq ki, teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Vaqif Məstanovdur.xeber100.com

Yanvar 9, 2017 11:09

Xalça Muzeyində ustad dərsləri keçirilib

Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçirilib.Azərtac xəbər verir ki, rəssam mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyəti barədə geniş məlumat verib. Mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.xeber100.com

Yanvar 9, 2017 11:05

“Dünya Alpaqut Federasiyası”nın toplantısı keçirilib

Yanvarın 7-də Azərbaycan Atatürk Mərkəzində “Dünya Alpaqut Federasiyası” beynəlxalq idman təşkilatının növbədənkənar toplantısı keçirilib.Federasiyadan Azərtac-a bildiriblər ki, toplantıda Dünya Alpaqut Federasiyasının idarə heyətinin yeni tərkibi müəyyənləşib.Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva federasiyanın birinci vitse-prezidenti, Araz Abdullasoy isə təşkilatın hüquqi məsələlər üzrə vitse-prezidenti seçilib.xatırladaq ki, dünya Alpaqut Federasiyası 2014–cü ildə Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmi qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır.xeber100.com

Yanvar 8, 2017 12:29

Pantomima Teatrı təqdim edir…

Yanvarın 21-də Pantomima Teatrının səhnəsində yeni səhnə əsərlərindən olan “Underground” tamaşası yenidən nümayiş olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Xatırladaq ki, tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.xeber100.com

Yanvar 7, 2017 5:15

“Leyli və Məcnun” operası yeni versiyada təqdim olunub

Yanvarın 6-7-də ABŞ-da Hopkins İncəsənət Mərkəzində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada böyük uğurla təqdim olunub.Operadakı əsas ifaları iştirakçılara A.Qasımov və F.Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violençel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.“Leyli və Məcnun” layihəsində britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.xeber100.com

Yanvar 7, 2017 5:09
    Page 158 of 219« First«...102030...156157158159160...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az