15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Gecə snayperləri” Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək

Sentyabrın 16-da Rusiyanın “Gecə snayperləri” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. Azərtac xəbər verir ki, Yaşıl Teatrda baş tutacaq konsertdə əfsanəvi qrup yeni albomundan mahnılar və ən yaxşı hitləri təqdim edəcək. Kollektivin rəhbəri Diana Arbeninadır. Qeyd edək ki, “Gecə snayperləri” qrupu 2013-cü ilin dekabrında 20 illiyini qeyd edib. Bu hadisə ilə əlaqədar qrupun “Crocus City Hall”da möhtəşəm konserti olub. “Gecə snayperləri” Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallinn, Vilnüs, London, Paris və digər şəhərlərdə mütəmadi olaraq konsert proqramları ilə çıxış edib.xeber100.com

Avqust 8, 2016 10:06

Milli Musiqi Günü Ukraynada qeyd ediləcək

Xarkov vilayəti Ukrayna-Azərbaycan “Dostluq” Cəmiyyətinin tədbirlər planına əsasən sentyabrın 18-də Azərbaycanın Milli Musiqi Gününə həsr edilən tədbir keçiriləcək. Azərtac xəbər verir ki, bu barədə məlumat cəmiyyətin rəsmi saytında yer alıb. 18 sentyabr - Milli Musiqi Günü hər il ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.xeber100.com

Avqust 6, 2016 1:42

Mədəniyyət və Turizm Baş İdarəsinin məlumatına görə…

Tayvanda keçirilən “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival” çərçivəsində Azərbaycan günü keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən verilən məlumata görə, Azərbaycanı festivalda 11 nömrəli musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edib. Festivalda Azərbaycanın xalq çalğı alətlərində milli musiqilər, "Aysel-Buta" rəqs qrupu tərəfindən "Yallı", "Nəlbəki", "Naz elemə" rəqsləri ifa olunub. Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. İdarədən bildiriblər ki, festivalda ölkəmizin qədim mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək. Qeyd edək ki, festival avqustun 15-dək davam edəcək.xeber100.com

Avqust 5, 2016 1:59

Azərbaycan mədəniyyəti günləri keçiriləcək

İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bunu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Apa-nın İran bürosuna bildirib. Ə. Türkmən deyib ki, artıq razılıq əldə olunub və yaxın iki ay ərzində tədbirlər baş tutacaq. O bildirib ki, Azərbaycanla İran arasında uğurla inkişaf edən möhkəm dostluq münasibətləri yaranıb: “Bu inkişafa təkan verən əsas amillərdən biri iki ölkə prezidentinin qarşılıqlı səfərləri və görüşləridir. Sevindirici haldır ki, İran və Azərbaycan arasında mədəniyyət günləri davamlı olaraq təşkil olunur.  Bir neçə ay öncə İran kino həftəsinin Azərbaycanda keçirilməsini, Azərbaycan məscidləri sərgisinin Təbrizdə təşkilini və digər bu kimi tədbirləri nümunə göstərmək olar. Biz Azərbaycanla əlaqələrimizi daha da inkişaf etdirməkdə maraqlıyıq. İki ölkə arasında oxşarlıqlar o qədər çoxdur ki, Azərbaycan rəsmiləri ilə hər dəfə hansısa məsələni müzakirə edəndə, iki ölkənin mənafeyinə uyğun faydalı nəticələr əldə olunur”.xeber100.com

Avqust 5, 2016 1:46

Dövlət Pantomima Teatrının məlumatına görə…

Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə də ənənəsinə sadiq qalaraq mövsümü maraqlı tamaşa ilə açacaq. Teatrdan verilən məlumata görə, sənət ocağı sentyabrın 17-də “Adagio” tamaşasını təqdim edəcək. Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsusdur. Tamaşada rolları teatrın aktyorları canlandıracaqlar. Qeyd edək ki, səhnə əsərində müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur.xeber100.com

Avqust 4, 2016 3:46

Mahnı Teatrında “O mənimdir” adlı tamaşanın premyerası olub

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində “O mənimdir” adlı tamaşanın premyerası olub. Səhnə əsəri yeni yaradılan müstəqil “M.Teatr”a (“Mənim teatrım”) məxsusdur.  “M.Teatr”ın “facebook”dakı səhifəsində yazılıb ki, “Yuğ” Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin fransız yazıçısı Antuan De-Sent Ekzuperinin “Balaca Şahzadə” əsəri əsasında səhnələşdirdiyi tamaşada rolları aktyorlar Ziya Ağa, Günay Əhməd, Nigar İsayeva, Elgün Həmidov, Oktay Mehdiyev, Amid Qasımov və Vüqar Hacıyev ifa ediblər. Tamaşanın bədii rəhbəri Əməkdar Artist Vidadi Həsənovdur.xeber100.com

Avqust 4, 2016 3:41

Beynəlxalq müasir incəsənət festivalı – QoqolFest 2016 keçiriləcək

Sentyabrın 16-dan 25-dək Ukraynanın paytaxtı Kiyevdə 9-cu Beynəlxalq müasir incəsənət festivalı - QoqolFest 2016 keçiriləcək. Festivalın “facebook” səhifəsində bu barədə rəsmi məlumat da yerləşdirilib. Builki festivalın mövzusu "QoqolFest.Vavilon (Babil)"dur. Təşkilatçılar festivalın genişmiqyaslı art-araşdırma olacağını və Babil haqqında miflərə yeni, gözlənilməz nəzər nöqtəsindən baxılacağını bildiriblər. Hər il olduğu kimi festivalın qonaqlarını teatr, xoreoqrafiya, akademik və alternativ musiqi, performans, kino, ədəbiyyat və vizual incəsənət istiqamətlərində ən aktual və maraqlı bədii layihələr gözləyir. Festivalın yaradıcısı Vlad Troitskinin verdiyi məlumata görə QoqolFest “Art-zavod Platforma” kreativ klasterində keçiriləcək.xeber100.com

Avqust 4, 2016 3:35

İtaliyanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən…

Cari ilin noyabrında Bakıda İtaliya mətbəxi həftəsi keçiriləcək. İtaliyanın Azərbaycandakı səfirliyindən Azərtac-a bildirilib ki, qonaqlara bu ölkəyə məxsus kulinariya nümunələri təqdim ediləcək, eləcə də bu yeməklərin hazırlanması üzrə master-klasslar nümayiş olunacaq. Tədbir bütün dünya üzrə qeyd edilən İtaliya mətbəxi həftəsi çərçivəsində təşkil ediləcək. Hazırda tədbirin proqramı və dəqiq tarixi üzərində iş gedir.xeber100.com

Avqust 4, 2016 12:42

Açıq səma altında ilk kinoteatr – Baku Open Air Cinema açılıb

Dənizkənarı Milli Parkın yeni ərazisində “Aquatic Palace”-ın yanında kinosevərlər üçün  açıq səma altında ilk kinoteatr – Baku Open Air Cinema açılıb. Faktinfo.az xəbər verir ki, burada dünya filmləri, festival və artxaus kinoları, konsertlər və sürrealistik cizgi filmləri nümayiş olunacaq.xeber100.com

Avqust 4, 2016 10:56

Böyük Teatrın ilk beynəlxalq turnesi…

Londonda Rusiyanın məşhur Böyük Teatrının ilk beynəlxalq turnesinin 60 illiyinə həsr edilmiş yubiley qastrolları keçirilir. Həm 1956-cı ildə Kovent-Qarden kral teatrında baş tutmuş ilk qastrolun, həm də indiki yubiley çıxışları “Don Kixot” tamaşası ilə başlayıb. TASS İnformasiya Agentliyinin verdiyi xəbərə görə, iyulun 29-dan etibarən isə yerli tamaşaçılar “Qu quşu gölü”nü Böyük Teatr truppasının ifasında izləyə bilirlər. Çaykovskinin musiqisinə yazılmış və Yuri Qriqoroviçin xoreoqrafik quruluş verdiyi balet tələbkar Britaniya tamaşaçısının və peşəkar balet tənqidçilərini valeh edib. Mötəbər balet tənqidçisi Klement Krisl “Financial Times” qəzeti üçün yazdığı məqaləsini “London kral operasının səhnəsindəki “Qu quşu gölü”: cəzbedicidir” başlığı ilə verərək 60 il öncə də şahidi olduğu ilk tamaşa kimi valehedici olduğunu bildirib. Avqustun 13-dək davam edəcək qastrol çıxışlarında moskvalı truppa “Paris atəşi”, “İnadkarın ram edilməsi” və “Korsar” baletlərini də tamaşaçılara təqdim edəcək.xeber100.com

Avqust 3, 2016 12:59
    Page 196 of 219« First«...102030...194195196197198...210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az