28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Azərbaycan mədəniyyəti günləri keçiriləcək

İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bunu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Apa-nın İran bürosuna bildirib. Ə. Türkmən deyib ki, artıq razılıq əldə olunub və yaxın iki ay ərzində tədbirlər baş tutacaq. O bildirib ki, Azərbaycanla İran arasında uğurla inkişaf edən möhkəm dostluq münasibətləri yaranıb: “Bu inkişafa təkan verən əsas amillərdən biri iki ölkə prezidentinin qarşılıqlı səfərləri və görüşləridir. Sevindirici haldır ki, İran və Azərbaycan arasında mədəniyyət günləri davamlı olaraq təşkil olunur.  Bir neçə ay öncə İran kino həftəsinin Azərbaycanda keçirilməsini, Azərbaycan məscidləri sərgisinin Təbrizdə təşkilini və digər bu kimi tədbirləri nümunə göstərmək olar. Biz Azərbaycanla əlaqələrimizi daha da inkişaf etdirməkdə maraqlıyıq. İki ölkə arasında oxşarlıqlar o qədər çoxdur ki, Azərbaycan rəsmiləri ilə hər dəfə hansısa məsələni müzakirə edəndə, iki ölkənin mənafeyinə uyğun faydalı nəticələr əldə olunur”.xeber100.com

Avqust 5, 2016 1:46

Dövlət Pantomima Teatrının məlumatına görə…

Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə də ənənəsinə sadiq qalaraq mövsümü maraqlı tamaşa ilə açacaq. Teatrdan verilən məlumata görə, sənət ocağı sentyabrın 17-də “Adagio” tamaşasını təqdim edəcək. Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadə, rəqslərin quruluşu isə Elnur İsmayılova məxsusdur. Tamaşada rolları teatrın aktyorları canlandıracaqlar. Qeyd edək ki, səhnə əsərində müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur.xeber100.com

Avqust 4, 2016 3:46

Mahnı Teatrında “O mənimdir” adlı tamaşanın premyerası olub

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində “O mənimdir” adlı tamaşanın premyerası olub. Səhnə əsəri yeni yaradılan müstəqil “M.Teatr”a (“Mənim teatrım”) məxsusdur.  “M.Teatr”ın “facebook”dakı səhifəsində yazılıb ki, “Yuğ” Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin fransız yazıçısı Antuan De-Sent Ekzuperinin “Balaca Şahzadə” əsəri əsasında səhnələşdirdiyi tamaşada rolları aktyorlar Ziya Ağa, Günay Əhməd, Nigar İsayeva, Elgün Həmidov, Oktay Mehdiyev, Amid Qasımov və Vüqar Hacıyev ifa ediblər. Tamaşanın bədii rəhbəri Əməkdar Artist Vidadi Həsənovdur.xeber100.com

Avqust 4, 2016 3:41

Beynəlxalq müasir incəsənət festivalı – QoqolFest 2016 keçiriləcək

Sentyabrın 16-dan 25-dək Ukraynanın paytaxtı Kiyevdə 9-cu Beynəlxalq müasir incəsənət festivalı - QoqolFest 2016 keçiriləcək. Festivalın “facebook” səhifəsində bu barədə rəsmi məlumat da yerləşdirilib. Builki festivalın mövzusu "QoqolFest.Vavilon (Babil)"dur. Təşkilatçılar festivalın genişmiqyaslı art-araşdırma olacağını və Babil haqqında miflərə yeni, gözlənilməz nəzər nöqtəsindən baxılacağını bildiriblər. Hər il olduğu kimi festivalın qonaqlarını teatr, xoreoqrafiya, akademik və alternativ musiqi, performans, kino, ədəbiyyat və vizual incəsənət istiqamətlərində ən aktual və maraqlı bədii layihələr gözləyir. Festivalın yaradıcısı Vlad Troitskinin verdiyi məlumata görə QoqolFest “Art-zavod Platforma” kreativ klasterində keçiriləcək.xeber100.com

Avqust 4, 2016 3:35

İtaliyanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən…

Cari ilin noyabrında Bakıda İtaliya mətbəxi həftəsi keçiriləcək. İtaliyanın Azərbaycandakı səfirliyindən Azərtac-a bildirilib ki, qonaqlara bu ölkəyə məxsus kulinariya nümunələri təqdim ediləcək, eləcə də bu yeməklərin hazırlanması üzrə master-klasslar nümayiş olunacaq. Tədbir bütün dünya üzrə qeyd edilən İtaliya mətbəxi həftəsi çərçivəsində təşkil ediləcək. Hazırda tədbirin proqramı və dəqiq tarixi üzərində iş gedir.xeber100.com

Avqust 4, 2016 12:42

Açıq səma altında ilk kinoteatr – Baku Open Air Cinema açılıb

Dənizkənarı Milli Parkın yeni ərazisində “Aquatic Palace”-ın yanında kinosevərlər üçün  açıq səma altında ilk kinoteatr – Baku Open Air Cinema açılıb. Faktinfo.az xəbər verir ki, burada dünya filmləri, festival və artxaus kinoları, konsertlər və sürrealistik cizgi filmləri nümayiş olunacaq.xeber100.com

Avqust 4, 2016 10:56

Böyük Teatrın ilk beynəlxalq turnesi…

Londonda Rusiyanın məşhur Böyük Teatrının ilk beynəlxalq turnesinin 60 illiyinə həsr edilmiş yubiley qastrolları keçirilir. Həm 1956-cı ildə Kovent-Qarden kral teatrında baş tutmuş ilk qastrolun, həm də indiki yubiley çıxışları “Don Kixot” tamaşası ilə başlayıb. TASS İnformasiya Agentliyinin verdiyi xəbərə görə, iyulun 29-dan etibarən isə yerli tamaşaçılar “Qu quşu gölü”nü Böyük Teatr truppasının ifasında izləyə bilirlər. Çaykovskinin musiqisinə yazılmış və Yuri Qriqoroviçin xoreoqrafik quruluş verdiyi balet tələbkar Britaniya tamaşaçısının və peşəkar balet tənqidçilərini valeh edib. Mötəbər balet tənqidçisi Klement Krisl “Financial Times” qəzeti üçün yazdığı məqaləsini “London kral operasının səhnəsindəki “Qu quşu gölü”: cəzbedicidir” başlığı ilə verərək 60 il öncə də şahidi olduğu ilk tamaşa kimi valehedici olduğunu bildirib. Avqustun 13-dək davam edəcək qastrol çıxışlarında moskvalı truppa “Paris atəşi”, “İnadkarın ram edilməsi” və “Korsar” baletlərini də tamaşaçılara təqdim edəcək.xeber100.com

Avqust 3, 2016 12:59

Kainatın tarixindən bəhs edən “Zamanın səyahəti” filmi ictimaiyyətə təqdim olunub

Dünya şöhrətli amerikalı kinorejissor Terrens Malikin ekranlaşdırdığı “Zamanın səyahəti” filminin treyleri ictimaiyyətə təqdim olunub. Xarici KİV-lərin məlumatına görə, ekran əsəri kainatın tarixindən bəhs edən sənədli film janrında çəkilib. Filmdə ilkin yaradılışdan tutmuş texnoloji ixtiraların mövcud olmasına qədərki dövr haqqında danışılır. Filmdə dünya şöhrətli aktyorlar Bred Pitt və Keyt Blanşett çəkilib. Filmin premyerasının oktyabrın 7-nə keçirilməsi planlaşdırılır. Qeyd edək ki, sözü gedən ekran əsəri rejissorun otuz illik əməyinin bəhrəsidir.xeber100.com

Avqust 3, 2016 12:51

Nizami Kino Mərkəzində Kino Günü münasibətilə mərasim keçirilib

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirlər, təqdimatlar, festivallar, kino günləri, yubileylər, çəkiliş proseslərindən bəhs edən videoçarx nümayiş olunub.xeber100.com      

Avqust 3, 2016 11:12

“NBC Universal” şirkəti və “DreamWorks Animation” studiyasının birgə dəstəyi ilə…

Bütün dünyada olduğu kimi, ölkəmizdə də balacalar tərəfindən maraqla izlənilən “Şrek” animasiya filminin beşinci hissəsinin yaxın vaxtlarda çəkilişlərinə başlanılacaq. Azərtac xarici KİV-lərə istinadla bildirir ki, “NBC Universal” şirkəti və “DreamWorks Animation” studiyasının birgə dəstəyi ilə reallaşan film 2019-cu ildə ekranlara çıxacaq. Ekran əsəri üzərində bir sıra cizgi filmlərinin prodüseri olmuş Kris Melendendri çalışacaq. Qeyd edək ki, sözü gedən cizgi filmi ilk dəfə ekranlara 2001-ci ildə çıxıb. Sonuncu çəkilişlərin premyerası isə 2010-cu ildə baş tutub. Ekran əsəri indiyədək dünya prokatından 752,6 milyon dollar gəlir əldə edib.xeber100.com

Avqust 2, 2016 10:39
    Page 197 of 219« First«...102030...195196197198199...210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az