Bu il görkəmli gülüş ustası Nəsibə Zeynalovanın 100-cü ildönümüdür. Ancaq nə olur olsun aktrisa haqqında keçmiş zamanda danışma mümkün deyil. Bəlkə də ona görə ki, Azərbaycan səhnəsində onlarla obrazlar yaradaraq teatr və kino tarixinə adını əbədi həkk edən aktrisa bununla da özünə əbədiyyət qazandırdı...
Bəlkə də ata Cahangir Zeynalovun yolunun layiqli davamçısı Nəsibə Zeynalova yerini oğlu Cahangir Zeynalova verməklə əbədiyyəti qapısını açmağa nail oldu. Əslində bəlkələr çox olsa da, bir həqiqət var ki, səhnəmisin Nəsibəsi ömrünü səhnə həyatına həsr edrək, müxtəlif səpgili obrazlar yaradaraq mədəniyyət tarixinə adını layiqli şəkildə yazdıraraq çoxsaylı tamaşaçı kütləsinin sevgisini qazana bildi və bu sevgi heç bitmədi.
Aktyor üçün bünövrə böyük əhəmiyyət kəsb edir və Nəsibə Zeynaşlovanın aktrisa akimi yetişməsində əlbəttə ki, onun atasından gəlmə güclü sənət sevgisi böyük rol oynayırdı. O, Azərbaycan realist aktyor məktəbinin layiqli nümayəndələrindən biri kimi formalaşdə, şöhrət qazandı.
Çətin günlərin, çətin həyat tərzinin uşaqları tez böyüyür, hətta uşaqlıq illərini yaşamadan böyüyür deyirlər...Bu heç də təsadüfi deyilən bir kəlimə deyil. Hələ iki yaşı olan atasını itirən Nəsibə bunun nə demək olduğunu anlamasa da atasızlıq dərdini illər uzunu qəlbində yaşadacaqdı, yaşatdı belə...Onui ayaqdaa tutan sadəcəc atasıənın arzusuyla əsl aktyoir kimi yetişmək idi. Bunun üçün sadəcəc oxumaqla kifayətlənmək olmazdı, təcrübə əsas şərtdi. Mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəb illərində rəqqasəlik edərək, milli rəqslərin bütün incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olan aktrisa sonralar mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bəhs etdiyimiz teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bu teatrda bir neçə il aktrisalıq edən Nəsibə Zeynalova 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi fəaliyyətə başlayır. Və məhz həmin ildə Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova hələ tələbəlik illərində Katarina («Şıltaq qızın yumşalması», Vilyam Şekspir), Elvira («Don Juan», Jan Batist Molyer), Yelizaveta («Mariya Stüart», Fridrix Şiller) və s. rollar oynayıb.
Musiqili Komediya Teatrına bağlanan ömür
Əslində əbədiyyət sözünün özündə uzun bir dövrü əhatə edən məqamlar da gizlidir. Aktrisa ömrünün əsas hissəsini doğma Musiqili Komediya Teatrına bağlayıb. Nəsibə Zeynalova milli operettalarımızın tamaşalarında Sənəm «Ər və arvad», «Arşın mal alan» və «Məşədi İbad», Mələk xanım və Kələk xanım «Əlli yaşında cavan” kimi xarakterik səhnə obrazlarında çıxış edərək özünü hər janrın aktrisası kimi təsdiq edib. Onun zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale («Keto və Kote», Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina («İki ağanın bir nökəri», Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım («Məhəbbət gülü», türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma («Şirin arzular». Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya («Tiflis nəğməsi», Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam («Qız anası», («Sevgilimin anası»), Georgi Xudayev və A. Ovanov) rollarının xüsusi yeri var.
Aktrisanın yaradıcılığının parlaq dövrü musiqili komediya əsərlərinin tamaşalarındakı komik personajların ifası ilə bağlıdır. Bu baxımdan Nəsibə xanımın yatardığı Xanpəri, Nargilə, Məsmə, Züleyxa, Tükəz, Tərlan, Zemfira, Rəxşəndə, Münəvvər, Kəblə Fatma, Mərcan, Cəhri xala, Əsmət, Cənnət xala, Gülyanaq, Fatma xala, Rəxşəndə və b. onlarla obrazlar teatr tarixinin yaddaşına əbədi həkk olundu. Bəhs olunan obarzların hər birində aktrisanın özünəməxsus əlavələri və ya əksinə obrazın bir qədər dəyişdirilərərk daha ahəngdar olmasını saxlamaq üçün ssəmimiyyətdən geniş istifadə etməsi Nəsizə zeynalovaya xas keyfiyyətdir. Aktrisa fəaliyyəti dövründə yomor diliylə olsa da müsbət obrazlarla yanaşı mənfi obrazlar da oynadı, ancaq onun mənfi obrazları da səmimi olaraq qəbul olundu. Tamaşaçı sevgisis aktrisanın peşəkarlıkla təqdim etdiyi obrazlarda özlərinə aid olan məqamlaarı hiss edincənarahat olmadılar, əksinə nəticə çıxartmağa çalışdılar. Əslində elə teatr, kino aləmi tərbiyəvi rol oiynayır və tamaşaçı baxdığı hər bir sənət nümunəsindən özü üçün nəticə çıxatmağı bacarmalıdır.
Teatr səhnəsi aaktor üçün böyük bir məktəbdir. Xüsusilə Nəsibə Zeynalova kimi ustad aktrisalarla eyni səhnəni paylaşan aktyorlar sanki ikinci bir məktəb görüblər. Əgər Nəsibə Zeynalova ilə səhnəyə gələn aktyor nəsli sənətin sirlərini çətin şərtlərdə fəaliyyət göstərək, sənətin bütün qoları üzərində sənəti yaaşadaraq sirləri öyrənirdisə, onlardan sonra səhnəyə gələn nəsil artık səhnədə gördüyü məktəbdən-ustadlardan öyrənirdi
Bu baxımdan Nəsibə Zeynalova məktəbi böyük məktəb idi.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda çıxış edən aktrisa teatrda çalışdığı illərdə dəfələrlə qastorl səfərlərində iştirak edib, bölgələrdə olan tamaşaçılarının qarşısısnda çıxış edib. Bunun nəticəsidir ki, aktrisanın səhnə fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.
Daima sevərək izlədiyimiz “Hicran» musiqili komediyasındakı aktrisa Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı adını qazanıb. Hələ 1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə «Aktrisanın təbəssümü» televiziya filmi çəkib.
Sadaladıqlarım sadəcə bir qisimdir, sonrakı fəlaiyyətində Nəsibə Zeynalova dəfələrlə mükfatlara layiq görüldü. Hər bir aktyor fəaliyyətinin dövlət tərərfindən yüksək qiymətləndirilməsini nə qədər çox istəsə də önəmli olan tamaşaçı sevgisidir. Bunu artıq sənət adamları da təsdiqləyir ki, tamaşaçı aktyoru yüklsək zirvəyə qaldırandır, tamaşaqçı sevgisi olmazsa, qazanılan mükafatlaarın heç bir əhəmiyyəti yoxdur
İmprovizənin mahir ustası
Nəsibə Zeynalovanın sənətkarlıq zirvəsinə yüksəlməsində onun tamaşalarda etdyi improvizələr böyük rol oynayıb. Təsadüfi deyil ki, aktrisa improvizənin mahir ustası kimi tanınırdı. Teatr səhnəsində əsasən tərərfmüqabil kimi qraşılaşdığı Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynayana Nəsibə Zeynalova üçlük adlandırlıan bu qrupda improvizəsiz qala bilməzdi. Çünki teatr tarixindən də bəllidir ki, adlarını çəkdiyimiz aktryoların hər biri hazırcavab aktyor kimi tanınıblar. Belə bir üçlükdə illərlə səhnəni paylaşan aktrisa əlbəttə ki, improvizə ustası kimi yetişəcəkdi.
Ən maraqlısıs odur ki, Nəsibə Zeynalova eyni obrazı dəfələrlə oynasa da hər dəfə fərqli əılavələrlə tamaşaçılarını yaxşı mənada təəccübləndirə bilirdi. Zənnimcə, “Hicran” tamaşasının adını çəkmək kifayətdir. Tamaşa haqqında dəfəflərlə verilən məlumatlardan, hətta taamaşada iştirak edən aktyorların xatirələrindən belə məlum olur ki, səhnədə tamamilə fərqli göstərilən tamaşa hər dəfə təqdim olunduqqca daha da cilalanıb, inkişaf edib, nəticədə də daha çox komik ştrixlkəri özündə birləşdirib.
Tamaşa var ki, aktyorun rolu üzərində qurulur və bu tamaşanın təqdimatında bütün gözlənti, uğur aktyora bağlı olur. Ancaq tamaşa var ki, əsərin gücü nəticəsində aktyora ifa gücü verir. Istər əsərin söz zənginliyi, istərsə də hadisələrin gedişatı aktyoru obrazın ardınca aparır. Nəsibə Zeynalova elə aktrisa idi ki, o obrazı özününküləşdirməyi bacarırdı. Obrazın xarakterini öyrənən aktrisa onun necə hərəkət etdiyini, yerişini, duruşunu, gülüşünü, bir sözlə obraza malik bütün xüsussiyyətlərini asanlıqla tapır və obraza tamaşaçı sevgisini qazandırırdı. Bütün bunların araxasında isə böyük zəhmət dayanır, aktyorun rol üzərində olan iş prosesi...Bəlkə indi səhnə, sənət sözü bir qədər adiləşib, bəlkə zaman, dövr, texnologiya əsri insanları sənətdən, səhnədən bir qədər uzaqlşadırıb və s. Yəni, geniş düşünmək olar, geniş də çıxartmaq olar, ancaq nə olur olsun bir məqamı heç bir zaman unutmamalıyıq-səhnə, sənət kimi sözlər məhz ustda aktyorların sayəsində bu günə gəlib çıxıb, onloar bünövrə rolunu oynayır və sənət tarixi məhz elə aktyorların adı ilə yazılıb, əbədiyyətə həkk olunub. Nəsibə Zeynalova bünövrə rolunu oynayan aktorların içində özünəlayiq yeri tutmağı bacardı.
Səhnəmizin “Qaynana”sı
Nəsibə Zeynalova teatr aktrisaı kimi ömrünün sonuna qədər Musiqli Komediya Teatrının səhnəsində maraqlı obrazlar oynadı, ancaq onu tamaşaçıya geniş tanıdan “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin əksəriyyətində rol alması idi. “Ögey ana” “Böyük dayaq”, “Ulduz”, “Bəyin oğurlanması”, “Bağlı qapı”, “Yuxu”, “Bizim Cəviş muəllim”, "Qanun naminə”, "Mən mahnı qoşuram” "Qorxma, mən səninləyəm”, “Bizim küçənin oğlanları”, “Dəli Kür”, “Güllələnmə Təxirə salınır”, “Xoşbəxtlik Qayğıları” və b. filmlər buna canlı misaldır. Bu filmlərdəki obrazların hər biri yaddaqalıan olsa da və xüsusilə aktrisa abütün obrazlarına eyni cür yaxınlaşaraq böyük zəhmətlə ərsəyə gətirsə də, səhnə onu sənət tarixinə qaynana obrazı ilə yazdı. Qaynana obrazı aktrisaya sənət vəsiqəsi qazandırdı. Teatr səhnəsində oynanılan qaynana günlərin birində kinirejissor Hüseyn Seyidzadənin quruluşunda çəkilərək kino tarixinə yazıldı. Aktrisa müsahibələrinin birində teatr və kinoda yatardığı qaynananı xarakterizə edib: “Adətən aktyorlar yaradıcılıq laboratoriyasının qapısını açmaq istəmirlər. Kim bilir, bələkə də haqlıdırlar. Ümumiyyətlə, yaratdığım obrazların hamısını həyatdan götürmüşəm. Həyat, ətraf mühit, gördüyüm adamlar mənim üçün əsil material mənbəyidir. Qaynana obrazı ətrafında-qohum-əqrabada, yaşlı qadınlarda, qaynanalarda gördüyüm müxtəlif cizgilər əsasında formalaşıb. Hər dəfə "Qaynana" tamaşasında səhnəyə çıxarkən bərk həyəcan keçirirdim. Çünki sevərək yaratdığım obrazın necə qavranması, verdiyim ştrixlərin necə qarşılanması barədə düşünürəm. Bilmək istəyirəm ki, mənim fikrim, ştrixlərim, hərəkətlərim tamaşaçıya aydındır, ya yox. Məsələn, sonuncu pərdədən bir epizodu yadınıza salmaq istərdim. Artıq məsələ həll olunub, gəlinim evə qayıtmalıdır. Qonşum Mülayim gözaydınlığı verərək, konfet qutusu gətirir. Başqa vaxtda bəlkə də oturub onunla danışardım. Lakin indi istəyirəm çıxıb getsin. Və bu zaman telefon zənginə cavab verməyə hazırlaşan Qaynana üzünü Mülayimə tutaraq deyir: "Bəlkə çox danışdım, sən yeri get..." Tamaşaçı buna gülür. Nə olar, qoy gülsün. Amma bilmək istəyirəm nəyə gülür. Az qalıram tamaşanı saxlayıb soruşam ki, nəyə gülürsünüz. Ola bilsin ki, tamaşaçı qaynananın qonağa çay tədarükü görmək istəməməsinə, yəni simicliyinə gülür. Ancaq təkcə bu deyil. Qaynana Mülayimin getməsini bir də ona görə istəyir ki, gəlini ilə necə görüşəcəyini görməsin. Axı, o, bir az əvvəl öyünərək deyib ki, guya gəlini ona yalvarıb-yaxarandan sonra evə qayıtmasına razılıb verib. Əslində isə belə deyil. Və əgər Mülayim gəlin gələndə burada olarsa, şübhəsiz, başqa səhnənin şahidi olacaq. Qaynana isə qürurunu itirmək istəmir. Görürsünüzmü kiçik bir ştrixdə necə böyük və incə mətləb var. Sevindirici hal orasında oldu ki, Qaynana bir obraz olaraq ekrana da çıxdı".
Bahar fəslində doğulan Nəsibə Zeynalova elə baharda da dünyasını dəyişdi. Aktrisa cismən aramızda olmasa da , bahar təravətli obrazları ilə daima bizimlə qalacaq…
Xədicə QİYAS