I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində

“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində ustad dərsləri davam edir.Dövlət Rəsm Qalereyasından Azərtac-a bildirilib ki, budəfəki ustad dərsləri avqustun 28-də, saat 12:00-da “Zoom” proqramı üzərindən rəssam Fəxrəddin Qəhrəmanlının rəhbərliyi ilə keçiriləcək.Ustad dərsini Xətai Sənət Mərkəzinin (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı üzərindən canlı yayım vasitəsilə izləmək mümkündür.Sənətsevərlər dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə də izləyə bilərlər.Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalına start verilib.Festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.xeber100.com

Avqust 27, 2020 11:19

Azərbaycan kinosu yaranmasının 122-ci ildönümünü qeyd edir

Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu gün Azərbaycan kinosu yaranmasının 122-ci ildönümünü qeyd edir. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. Bu il 122-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilən 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb. Xatırladaq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. İnanırıq ki, tezliklə kino sahəsində yenidən bir canlanma yaranacaq.xeber100.com

Avqust 2, 2020 9:34