28 İyul 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Ələsgər Ələkbərovun 110 illiyi münasibətilə sərgi hazırlanıb

Görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.Azərtac xəbər verir ki, bu il Azərbaycanın görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi qeyd olunmaqdadır.Böyük aktyorluq istedadını əlli üç illik ömrünə sığdıraraq, bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmış Ələsgər Ələkbərov öz möhtəşəm səs tembri, səhnə duruşu və sənətkar baxışı ilə milli teatr və kino sənətinə yeni nəfəs gətirən nadir incəsənət ustadlarından biri olub.O, öz sənət dahiliyini canlandırdığı Vaqif, Otello, Fətəli xan, Rüstəm kişi kimi xarakterlərlə bir daha sübut edib. Heç şübhə yoxdur ki, görkəmli səhnə ustasının parlaq yaradıcılığı sənətsevərlərin yaddaşında daim yaşayacaqdır.xeber100.com

İyul 23, 2020 3:07

Prezident İlham Əliyevin sərəncamına əsasən…

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.Azərtac xəbər verir ki,  ölkə başçısının digər Sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.Prezident imzaladığı daha bir Sərəncamla isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.xeber100.com

İyul 20, 2020 3:52

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə…

İyulun 17-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində “Rəqəmsal yuxular” mövzusunda rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə ikinci anonim virtual müzakirə olacaq.“YARAT”dan Azərtac-a bildirilib ki, müzakirələr zamanı “qeyri-adi vaxtlarda hansı yuxular insanları narahat edir”, qapalı vəziyyətdə şüuraltınızda nə baş verir”, fobiyalar, qarabasmalar və klaustrofobik ssenarilərlə bağlı mövzular müzakirə ediləcək.Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edəcək.xeber100.com

İyul 13, 2020 8:43

Azərbaycan Televiziyası musiqi meydanına start verir

Azərbaycan Televiziyası (AzTV) özünütəcrid günlərində yeni layihəyə-böyük musiqi meydanına start verir. Yay mövsümündə AzTV-də bazar günləri “Yay axşamı” adlı konsert proqramları yayımlanacaq.“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ərazisində “Yay axşamı” layihə üçün xüsusi konsert meydançası quraşdırılıb. Layihənin premyerası iyulun 12-də saat 23:00-da baş tutacaq.Səhnə Bakının ən yüksək nöqtələrindən birində yerləşdiyindən konsert proqramları şəhərin mənzərəsi, dəniz buxtası fonunda efirə veriləcək.Həftəsonu musiqisevərlər müxtəlif janrlarda səslənən musiqi nömrələrindən zövq almaq imkanına malik olacaqlar. Hər buraxılışın mövzusu fərqli olacaq: estrada, opera və caz musiqisini sevənlər ulduzlarımızın ifasında ən gözəl musiqi nömrələrini dinləyəcək. Retro musiqi həvəskarları da unudulmayıb. Onlar üçün 80-ci illərin hitləri səsləndiriləcək. Eləcə də, tamaşaçılarımız instrumental musiqi, kinofilmlərdən mahnılar, romans, muğam və başqa ifaları dinləyə biləcəklər.xeber100.com

İyul 9, 2020 3:01

UNESCO-nun 209-cu sessiyasının plenar iclası öz işinə başlayıb

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun İcra Şurasının 209-cu sessiyasının plenar iclası öz işinə başlayıb.Azərtac xəbər verir ki, plenar iclasda sessiyanın gündəliyi təsdiqləndikdən sonra Büronun hesabatı dinlənilib, maliyyə və administrativ komissiyanın prezidenti seçilib. 207 və 208-ci sessiyaların protokolları təsdiqlənib. Qurumun baş direktorunun hesabatı dinlənilib.İki gün davam edəcək plenar iclasda qurumun Baş Konfransında qəbul edilmiş proqramın icrasına, eləcə də 2018-2019-cu illərdə maliyyə idarəçiliyinə dair hesabatlar dinləniləcək. İcra Şurasının və Baş konfransın əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin icra vəziyyətinə baxılacaq.Təhsilin gələcəyinə dair təşəbbüs, iqlim dəyişikliyinə dair strategiya, inkişafda olan ada dövlətlərinə dair fəaliyyət planı, UNESCO-nun strateji transformasiyası kimi məsələlər də plenar sessiyanın gündəliyində öz əksini tapır.Qeyd edək ki, 209-cu sessiya iyulun 10-dək davam edəcək.xeber100.com

İyul 3, 2020 1:26

Birinci Beynəlxalq Göç Filmləri Festivalı başa çatıb

Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan Azərtac xəbər verir ki, koronavirus səbəbindən virtual olaraq təşkil olunan festivalda bir həftə boyunca 30 ölkədən 45 uzun və qısa metrajlı film nümayiş olunub.İyunun 21-də keçirilən festivalın bağlanış mərasimində videoformatla çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, festivalın təşkilində məqsəd hazırda qlobal məsələlər arasında öndə dayanan qaçqın və köçkünlər problemini gündəmdə saxlamaqdır.Festival Azərbaycan xalq mahnısı “Sarı gəlin”in ifası ilə tamamlanıb.xeber100.com

İyun 21, 2020 10:54

Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır

Türkiyənin İstiqlal marşının (dövlət himni) sözlərini yazan şairi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır.Azərtac xəbər verir ki, çəkilişlərinə bu ilin sentyabr ayında start veriləcək “Akif” filminin İstiqlal marşının ölkənin dövlət himni olaraq qəbul edilməsinin 100-cü ildönümü - 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır. Belə ki, himn məhz 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə qəbul olunub.“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon, İstiqlal Marşının ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.xeber100.com

İyun 14, 2020 3:39

UNESCO-nun növbədənkənar sessiyası onlayn formatda işə başlayıb

Parisdə UNESCO-nun İcra Şurasının növbədənkənar sessiyası onlayn formatda işə başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimovun sessiyada çıxışı gözlənilir. Səfir COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın töhfələrinə toxunacaq, təcridolma rejimi müddətində İcra Şurasının iş metodu müzakirə olunacaq.Sessiyada A.Kərimov ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərə müraciətini də təqdim edəcək.Həmçinin, sessiya iştirakçıları COVID-19 pandemiyasının UNESCO-nun proqram və fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparacaqlar. Katibliyin baş qərargahda mövcud vəziyyətlə bağlı sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara da baxılacaq.İcra Şurasının növbədənkənar sessiyası iyunun 9-dək davam edəcək.Qeyd edək ki, İcra Şurasının 209-cu sessiyası isə iyunun 29-dan iyulun 10-dək keçiriləcək.xeber100.com

İyun 8, 2020 2:52

“Eurovision – 2021” mahnı müsabiqəsinin keçiriləcəyi təsdiq edilib

Avropa Yayım Birliyi (European Broadcasting Union) “Eurovision - 2021” mahnı müsabiqəsinin Rotterdamda (Hollandiya) keçiriləcəyini təsdiq edib.TASS agentliyi xəbər verir ki, bu barədə “Eurovision: Avropa bərq vurur” (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou proqram “Ahoy” konsert zalında baş tutacaq.Artıq məlumdur ki, “Eurovision - 2020”də çıxışları elan edilmiş 41 ifaçı və musiqi qrupundan 18-i “Eurovision - 2021”də öz ölkələrini təmsil edəcək.Qeyd edək ki, say etibarı ilə 65-ci “Eurovision” müsabiqəsi bu il Rotterdamın Ahoy konsert zalında “Açıl” (Open Up) adı altında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi müsabiqəni koronavirus pandemiyası ilə əlaqədar təxirə saldı.xeber100.com

May 18, 2020 11:04

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

18 may - Beynəlxalq Muzeylər Günü “YARAT” Müasir İncəsənət Məkanı şəhər multimedia layihəsini həyata keçirməyi planlaşdırır.Azərtac xəbər verir ki, tədbir zamanı ictimaiyyətə eksklüziv sənət əsərləri təqdim ediləcək. Tamaşaçılar müxtəlif tarixi dövrlərə və mövzulara həsr olunmuş muzey kolleksiyaları, sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə edə biləcəklər.Nümayiş olunacaq sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi,Latviya Milli Muzeyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunacaqdır. Beləliklə də, tamaşaçılar evlərini tərk etmədən mənzillərinin pəncərələrindən və eyvanlarından şounu seyr edərkən muzey eksponatları ilə tanış olacaqlar.xeber100.com

May 16, 2020 9:58
    Page 42 of 220« First«...102030...4041424344...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az