Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açıq elan edib.Teatrdan verilən məlumata görə, bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.Quruluşçu rejissoru Cənnət Səlimova olan səhnə əsərində rolları Xalq artisti Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə və başqaları ifa edib.Səhnə əsərində həmçinin, iranlı aktyor, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazını canlandırıb.xeber100.com