05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib

Daşkənddəki Botanika bağında “Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib.Azərtac xəbər verir ki, festivala Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər ölkələrin səfirləri və diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri və jurnalistlər qatılıb.Festivalda iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.Ölkəmizi bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.xeber100.com    

Sentyabr 23, 2019 2:01

“YARAT” Müasir İncəsənət Mərkəzində növbəti performans…

Sentyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Fərhad Fərzəliyevin “Runanşah” adlı video və səs performansı təqdim olunacaq.Azərtac xəbər verir ki, bu əsər, şahidlərin sözlərinə görə, Xəzər dənizində yaşayan balıq quyruqlu məxluq – Runanşah ilə bağlı müəllifin apardığı davamlı araşdırmalardan əldə edilən nəticələrin təqdimatıdır.Bu hekayənin kökü miflərə, Şərq slavyanlarının nağıl və miflərində yer alan möcüzəli su pəriləri, eləcə də Mesopotamiya folklorunda həm insana, həm də balığa bənzəyən amfibiya məxluqlara qayıdır.Əfsanəyə görə bu məxluqlar, bilik və bacarıqlarını quru sakinlərinə öyrətmək üçün sudan bayıra çıxırlar. Təqdimatdan sonra, rəssam Runanşah obrazını təmsil edən balıq geyimində mövzuya uyğun musiqili səs performansı ifa edəcək.xeber100.com

Sentyabr 22, 2019 11:33

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində

Sentyabrın 21-də Opera və Balet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operası nümayiş olunub.Teatrdan verilən məlumata görə, xəbər verir ki, səhnə əsərini tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edib. Opera tamaşasında Mimi partiyası teatrın aparıcı solisti - Afaq Abbasova tərəfindən ifa olunub.Bundan başqa, operada əsas partiyalardan olan Rudolf və Marselini Ramiz Usmanov və BVladimir Qromov ifa edib.xeber100.com  

Sentyabr 21, 2019 5:34

“Ölülər” pyesi əsasında hazırlanmış komediya-tamaşa nümayiş olunacaq

Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa nümayiş olunacaq.Azərtac xəbər verir ki, oktyabrın 11-də teatrsevərlərin ixtiyarına veriləcək tamaşada bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.xeber100.com  

Sentyabr 21, 2019 5:30

Akademik Musiqili Teatrı 110-cu mövsümünü açıq elan edib

Sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyası ilə açıq elan edib.Teatrdan verilən məlumata görə, bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.Quruluşçu rejissoru Cənnət Səlimova olan səhnə əsərində rolları Xalq artisti Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə və başqaları ifa edib.Səhnə əsərində həmçinin, iranlı aktyor, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazını canlandırıb.xeber100.com

Sentyabr 20, 2019 7:36

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Sentyabrın 24-də “YARAT” Film Klubunun təşkilatçılığı ilə “Rus filmləri həftəsi” keçiriləcək.Azərtac xəbər verir ki, həftə ərzində iştirakçılar Rusiya istehsalı olan üç filmə - “Van Qoqlar”, “Annanın müharibəsi” və “Aleksandr Xristoforovun əbədi həyatı” adlı ekran əsərlərinə baxa biləcək.Filmlərin təqdimatı “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.“YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq filmlərin təqdimatında hər kəs iştirak edə bilər.xeber100.com

Sentyabr 19, 2019 1:34

18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur

18 sentyabr - bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərtac xəbər verir ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb.xeber100.com

Sentyabr 18, 2019 12:49

Muğam Mərkəzinin məlumatı əsasında…

Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə, dünya caz nümunələrinə də müraciət edəcək.Qeyd edək ki, Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən özünəməxsus və eyni zamanda yumşaq bir tərzi ilə cazibədar caz vokalçısıdır. İfaçını yalnız romantik düşüncəli təqlidçi kimi təsnif etmək səhv olardı. İncə ifa tərzi ilə seçilən vokalist klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir. Qeyd edək ki, bu amerikalı sənətkarın ölkəmizdə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu “Slown down” ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülmüşdü.xeber100.com

Sentyabr 17, 2019 1:53

III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

Bakıda oktyabrın 2-dən 6-dək III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.Azərtac xəbər verir ki, festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin isə 22-si yerli istehsaldır.Festivalın əsas proqramına daxil olan filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Special Jury Mention” kateqoriyalarında yarışacaqlar.xeber100.com  

Sentyabr 16, 2019 10:52

“Avroviziya-2020” mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb

2020-c il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.Bu barədə Azərtac-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.“Avroviziya-2020” mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.xeber100.com  

Sentyabr 16, 2019 10:49
    Page 53 of 218« First«...102030...5152535455...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az