23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Sentyabrın 24-də “YARAT” Film Klubunun təşkilatçılığı ilə “Rus filmləri həftəsi” keçiriləcək.Azərtac xəbər verir ki, həftə ərzində iştirakçılar Rusiya istehsalı olan üç filmə - “Van Qoqlar”, “Annanın müharibəsi” və “Aleksandr Xristoforovun əbədi həyatı” adlı ekran əsərlərinə baxa biləcək.Filmlərin təqdimatı “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.“YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq filmlərin təqdimatında hər kəs iştirak edə bilər.xeber100.com

Sentyabr 19, 2019 1:34

18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur

18 sentyabr - bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərtac xəbər verir ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb.xeber100.com

Sentyabr 18, 2019 12:49

Muğam Mərkəzinin məlumatı əsasında…

Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə, dünya caz nümunələrinə də müraciət edəcək.Qeyd edək ki, Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən özünəməxsus və eyni zamanda yumşaq bir tərzi ilə cazibədar caz vokalçısıdır. İfaçını yalnız romantik düşüncəli təqlidçi kimi təsnif etmək səhv olardı. İncə ifa tərzi ilə seçilən vokalist klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir. Qeyd edək ki, bu amerikalı sənətkarın ölkəmizdə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu “Slown down” ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülmüşdü.xeber100.com

Sentyabr 17, 2019 1:53

III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

Bakıda oktyabrın 2-dən 6-dək III “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.Azərtac xəbər verir ki, festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin isə 22-si yerli istehsaldır.Festivalın əsas proqramına daxil olan filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Special Jury Mention” kateqoriyalarında yarışacaqlar.xeber100.com  

Sentyabr 16, 2019 10:52

“Avroviziya-2020” mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb

2020-c il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.Bu barədə Azərtac-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.“Avroviziya-2020” mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək.Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.xeber100.com  

Sentyabr 16, 2019 10:49

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Sentyabrın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının “Günay” studiyası tərəfindən hazırlanan “Arşın mal alan” musiqili komediyası nümayiş ediləcək.Azərtac xəbər verir ki, “Günay” studiyası artıq üç ildir dahi bəstəkarın bu əsərini yeni quruluşda tamaşaçılara təqdim edir.Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq səhnə əsərinin təqdimat mərasimində hər kəs iştirak edə bilər.Qeyd edək ki, ilk dəfə 2007-ci ildə studiya tərəfindən nümayiş olunan bu quruluş, Azərbaycan Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.xeber100.com

Sentyabr 13, 2019 12:06

BMT Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında

Sentyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.Azərtac xəbər ki, sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.65 turizm naziri və nazir müavini, 31 dövlət katibi, 1100-dən çox şəxsin iştirak etdiyi təşkilatın budəfəki sessiyasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.Məlumat üçün bildirək ki, bu ilin iyun ayında yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqaməti turizm agentliklərinin vahid platformanı formalaşdırmaq, turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətini yüksəltmək, eyni zamanda, ölkədə gəlmə və getmə turizminin inkişaf etdirilməsi üçün vahid sistemin yaradılmasını təşkil etməkdir.xeber100.com

Sentyabr 13, 2019 11:25

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, sentyabrın 20-22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.Teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək. Bu tamaşada, həmçinin İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belorus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.

Sentyabr 12, 2019 12:50

Opera və Balet Teatrında “Jizel” baleti nümayiş olunacaq

Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşada Jizel partiyasını sənət ocağının balet truppasının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ifa edəcək. Baleti professional səviyyəsini yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.Səhnə əsərində, həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.Balet teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatı laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.xeber100.com

Sentyabr 11, 2019 10:00

Nikita Mixalkov: Oskarı siyasiləşdirilmiş bir mükafat hesab edirəm

Rusiyanın Kinematoqrafçılar Birliyinin sədri, rejissor Nikita Mixalkov son zamanlar verilən mükafatların incəsənətə aid olmadığını, siyasiləşdirilmiş bir addım olduğunu düşünür.TASS agentliyi xəbər verir ki, bundan əvvəl rus filmlərini akademiyaya təqdim edən, Rusiyanın Oskar komitəsinin sədri, rejissor Vladimir Menşov akademiyanın islahata ehtiyacı olmadığını bildirmişdi.“Mən o qədər sözügedən akademiyaya inanmıram ki, onun islahatlar aparmasını heç düşünmürəm. Bununla yanaşı, Rusiyanın Oskar komitəsinə də etibarım yoxdur. Çünki siyasi şəraitə uyğun olmayan qərarların verilməsi heç bir uğur gətirməyəcək”, -deyə N.Mixalkov qeyd edib.xeber100.com

Sentyabr 10, 2019 12:04
    Page 54 of 218« First«...102030...5253545556...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az