Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, sentyabrın 20-22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.Teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək. Bu tamaşada, həmçinin İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belorus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”