Azərbaycanda dövlət sifarişi əsasında sənədli filmlərin istehsalı prosesi xüsusi diqqət tələb edir.Bu barədə AKİ-nin Idarə Heyətinin iclasında Əməkdar İncəsənət xadimi Cəmil Fərəcov bəyan edib. Onun sözlərinə görə, bu ildə “Salnaməfilm” Mədəniyyət Nazirliyinin sifarişi ilə Milli Qəhrəmanlara həsr olunmuş 10 sənədli film, üç film-portret və Azərbaycanda yaşayan azsaylı etnoslar haqda 11 film çəkəcək. Son layihə tamamilə yenidir.Daha xoşagələn situasiya “Aztelefilm”dədir ki, burada son illər ildə 24-28 film istehsal olunub.Film-portretlər çoxluq təşkil edir. Bu ildən situasiya dəyişməidir: studiya qarşısında daha çox tarixi-etnoqrafik film çəkmək tapşırığı var.Rejissor Əli İsa Cabbarov hesab edir ki, sənədli film istehsalı ilə bağlı vəziyyəti dəyişmək lazımdır: "Ondan başlayaq ki, bu gün sənədli filmlər həyatdan çox uzaqdır, halbuki, 80-90-cı illərdə, ölkəmiz mürəkkəb bir dövr yaşayanda baş verən hadisələr ani olaraq sənədli kinoda öz əksini tapırdı, ayrılan məbləğ sənədli film istehsalı üçün kifayət deyil, xüsusən Milli Qəhrəmanlar barədə çəkilənlər üçün". Rejissor Tair Əliyev də öz növbəsində qeyd edib ki, telekanallarda sənədli film istehsalı vacib müsbət faktordur.: "Amma ölkədə sənədli film istehsalı ilə bağlı vəziyyət pisləşib. Bu, 2000-ci illərin ortalarından başlayıb. Bununla belə, Azərbaycanda çəkilən sənədli filmlərin əksəriyyəti,”portet”lərdir. Halbuki diqqətəlayiq başqa janrlar da var. Daha bir problem ondan ibarətdir ki, Azərbaycan telekanallarında bədii qısametrajlı filmlər az çəkilir".Rejissor Azərbaycan Kinematoqrafçılar İttifaqının XI qurultayında bu məsələni qaldırmağı və Nazirliyə telekanallarda bədii və sənədli filmlərin istehsalı üçün maliyyə ayırmasını təklif etməyi irəli sürür. O həmçinin xatırladıb ki, Bundan əvvəl Milli Telaradio Şurası teleserialların istehsalına maliyyə ayırırdı. Belə təcrübə varsa, MTRŞ telekanallara sənədli film istehsalı üçün də maliyyə ayıra bilər.İclasda həmçinin bu gün bir çox peşəkarların tələbsiz qaldığından danışılıb. Belə ki, kinorejissor, Azərbaycanın Əməkdar Incəsənət xadimi Ziya Şıxlinski sonuncu dəfə nazirliyin sifarişi ilə 10 il əvvəl, 2009-cu ildə film çəkib. Yazıçı, şair, kinodramaturq, Ramiz Rövşənsə 2007-ci ildə film çəkib. Rejissor Nizami Abbas əmindir: büdcə vəsaitlərinin mənimsənilməsi prosesi, yalnız sənədli deyil, bütün filmələr üçün ayrılan büdcənin şəffalığı, ssenari seçimi kimi məsələlər xüsusi diqqət tələb edir.İclasın gedişində səsləndirilən məsələlərin Azərbaycan Kinematoqrafçılar İttifaqının XI Qurultayının gündəliyinə salınması haqda qərar qəbul olunub.xeber100.com