28 İyul 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

II Dünya Xalqlarının Mədəniyyət Festivalı keçirilib

Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və bir sıra Bakı şəhər orta məktəblərinin iştirakı ilə II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib. Azərtac xəbər verir ki, builki festivalda dünyanın 17 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekspozisiyası, rəsmləri, folklor nümunələri (kiçik pyeslər, xalq musiqi və rəqs nömrələri, xalq kostyumları) təqdim olunub. Layihənin 5 illik fəaliyyəti zamanı dünyanın 14 ölkəsindən uşaqlar WWD iştirakçısı olmuş, layihənin qarşısına qoyduğu məqsədlərə müvafiq olaraq müxtəlif tədbirlər keçirilib: 3 konfrans, ekoloji aksiya, Yaponiyaya səfər baş tutmuş, uşaqlar üçün xüsusi treninqlər həyata keçirilib.xeber100.com

İyun 12, 2019 11:47

Azərbaycan milli musiqisi təbliğ olunub

Ukraynanın paytaxtı Kiyevdə keçirilən “O fest” festivalında Azərbaycan milli musiqisi təbliğ olunub.Azərtac xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasov və ukraynalı aktrisa, müğənni Natalya Kudryaşovanın birgə təşkil etdiyi konsertdə Azərbaycanın xalq, bəstəkar mahnıları səsləndirilib.Konsertdə Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Azərbaycan musiqisinin təbliğində önəmindən danışan Q.Abbasov Ukraynanın digər bölgələrində də konsertlərin keçiriləcəyini vurğulayıb.Ukrayna Milli Operattasının təşkilatçılığı ilə keçirilən festivalda birinci Müslüm Maqomayev müsabiqəsinin qalibi Mikita Burtsevin ifası konsertə əlavə rəng qatıb.xeber100.com

İyun 10, 2019 8:16

Akademik Musiqili Teatrı təqdim edir

İyunun 16-da Akademik Musiqili Teatrda Xalq yazıçısı Elçinin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya nümayiş ediləcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcək.xeber100.com

İyun 8, 2019 11:10

Azərbaycan kinosunun vəziyyəti və perspektivləri müzakirə edilib

İyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin iclası olub. AKİ-nin məlumatında bildirilir ki, iclasda İttifaqın XI qurultayına hazırlıq müzakirə olunub, onun gündəliyi və keçirilmə tarixi müəyyən edilib. İdarə Heyətinin üzvləri milli kinonun maraqlarının qorunması və yerli kinoindustriyanın inkişaf perspektivlərinə dair təkliflərlə çıxış ediblər. AKİ-nin XI qurultayının gündəliyinə ölkədə bədii, sənədli, animasiya filmlərinin istehsalında, kinoprokatın təşkilindəki problemlər, yerli ssenarilərin seçim mexanizmləri, kino üçün kadrların hazırlanması və s. məsələlər daxil olacaq.AKİ İdarə Heyəti Kino Evinin təsis edilməsi və kino məktəbinin fəaliyyətinin bərpasına dair qərar qəbul edib. Layihələr azərbaycanlı kinematoqrafçıların peşə bayramı - 2 avqust Milli Kino Günü ərəfəsində işə salınacaq.İclasda AKİ üzvlərinə fərdi pensiya və stipendiyaların verilməsi məsələsi də müzakirə olunub. İdarə Heyətinin qərarı ilə maliyyə dəstəyi alacaq şəxslərin siyahısı təsdiqlənib və AKİ sıralarına yeni üzvlər qəbul edilib.

İyun 5, 2019 1:34

“Water Summer Activity 2019” festivalı çərçivəsində

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək.Azərtac xəbər verir ki, iyunun 15-16-da Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Xarici İşlər Nazirliyi və “SOCAR-Ukraine” şirkətinin birgə təşəbbüsü ilə keçiriləcək təqdimatda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Ali Radanın deputatları, ictimai xadimlər, yerli KİV-lərin nümayəndələri iştirak edəcəklər.Təqdimat zamanı qonaqlar yaxta gəzintisindən istifadə edəcək, Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olacaqlar. İştirakçılara ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat veriləcək, jurnal və kitabçalar paylanılacaq.Sonra milli mətbəx nümunələrimiz olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.xeber100.com

İyun 4, 2019 2:09

Avropanın ən böyük nərgizgülü festivalı keçirilib

İyunun 2-də Avstriyada Avropanın ən böyük nərgizgülü festivalı keçirilib. Avropanın ən böyük çiçək festivallarından olan bu festival Alp dağlarının qoynunda yerləşən füsunkar Zaltskammerqut regionunda 60-cı dəfə təşkil olunub.Azərtac xəbər verir ki, festivala 25 mindən artıq tamaşaçının qatıldığı yubiley festivalını Bad Aussee və Qrundlsee qəsəbələri birgə təşkil edib.1960-cı ildən bəri Bad Aussee kurort regionunda təşkil edilən nərgizgülü festivalında hər il minlərlə könüllü və peşəkar floristlər çiçəklərdən dekorasiya və fiqurlar bəzəyirlər. Qəsəbənin küçələri ilə fiqurların paradından sonra bu fiqurlar sallar üzərində Aussee gölünə buraxılır.Builki yubiley festivalın təşkilində musiqi kapellaları, parad təşkilatçıları, floristlər və könüllü köməkçilərlə birlikdə üç min şəxs iştirak edib. Avstriyanın müxtəlif regionları və qonşu ölkələrdən turistlərin hər il həvəslə baş çəkdiyi festivalda jüri 200 min nərgizgülündən hazırlanmış “Tom və Cerri” kompozisiyasını qalib elan edib.xeber100.com

İyun 3, 2019 3:12

Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək

İyunun 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək. İclas Rüstəm İbrahimbəyovun sədrliyi ilə keçiriləcək.AKİ-nin məlumatında bildirilir ki, iclasda AKİ-nin XI qurultayına hazırlıq məsələləri müzakirə olunacaq, qurultayın gündəliyi və keçirilmə yeri müəyyənləşdiriləcək. Gündəliyə bədii, sənədli, animasiya filmləri istehsalının vəziyyəti, kino təhsilinin inkişafı, kino yayımı problemləri və kinonun inkişafı konsepsiyasının müzakirəsi də daxildir.İclas AKİ-nin binasında keçiriləcək.xeber100.com

İyun 1, 2019 1:22

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

“Azərbaycanfilm” kinostudiyası tərəfindən “Dan yeli” qısametrajlı bədii film çəkilib.Kinostudiyadan Azərtac-a bildirilib ki, Ekran əsəri cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanların dramından bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı Qaqaşdır. Onun ən maraqlı məşğuliyyəti və sevgisi futboldur. O, digər uşaqlardan balaca olduğu üçün futbolu elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahimsə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Problemin qoyuluşundan sonra filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.xeber100.com

May 30, 2019 2:05

Akademik Milli Dram Teatrı iyun ayının repertuarını açıqlayıb

Akademik Milli Dram Teatrı iyun ayı üçün olan repertuarını açıqlayıb. Nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.Azərtac repertuarı təqdim edir: 1 iyun- “Nindza tısbağalar və Kapitan Cekin macəraları” 2 iyun - “Sinif yoldaşları” 7 iyun - “Ölülər” 8 iyun- “Şah Qacar” 9 iyun - ”Almaz” 14 iyun -“Qətibə İnanc” 22 iyun - “Vəsiyyət” 23 iyun -“Boy çiçəyi” 24, 25, 26, 27 iyun -B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin tələbələrinin tamaşası 29 iyun - “ Ah, bu uzun sevda yolu” 30 iyun - “ Müfəttiş”.xeber100.com

May 27, 2019 2:16

28 may- Respublika Gününə həsr olunmuş konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının tələbələrinin 28 may- Respublika Gününə həsr olunmuş konserti keçirilib.BMA-dan Azərtac-a bildirilib ki, konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edilib.Təqdim olunan peşəkar ifalar konserti maraqlı edib, ifaçılar alqışlarla qarşılanıb.xeber100.com

May 23, 2019 11:40
    Page 62 of 220« First«...102030...6061626364...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az