Yanvarın 19-da Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcəkdir. Opera və Balet Teatrından verilən məlumata görə, Tamaşa 20 Yanvar - Ümumilli matəm gününə həsr olunmuşdur."İntizar" operası Qarabağda baş verən hadisələr və onların tarixi, Xeyir və Şər qüvvələr arasında mübarizə, günahsız insanların ölümü, yaxın qonşuların satqınlığı və təbiətin gözəlliyindən bəhs edir. Tamaşanın libretto müəllifi professor Nərgiz Paşayevadır. Səhnə əsərində rolları Q.Kərimova, Ə.Poladov, İ.Babayeva, F.Əliyev, T.Ağasıyev, İ.Nəzərov, S.Vahabzadə, F.Məmmədova və başqaları canlandıracaq.xeber100.com