Tibb Universitetinin məlumatına görə…

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında iki gün davam edən ödənişsiz aksiya başa çatıb. Universitetin mətbuat xidmətindən Azərtrac-a verilən məlumata görə, xeyriyyə aksiyası müqəddəs Ramazan bayramına həsr olunub.Aksiya barədə fikirlərini bölüşən Səhiyyə Nazirliyinin baş nefroloqu Mehman Ağayev müayinəyə gələnlər içərisində daha çox gecikmiş patologiya ilə müraciət edənlərin olduğunu bildirib: “Böyrəklərin iltihabi xəstəlikləri, şəkərli diabet və arterial hipertenziya nəticəsində böyrəklərin zədələnməsi ilə müayinəyə gələnlər üstünlük təşkil edir. Vaxtında həkim müayinəsindən keçməmək xəstəliyin daha ağır formada özünü büruzə verməsinə imkan verir və nəticədə böyrəklərin itirilməsinə qədər aparıb çıxarır”.Tibb Universitetinin prorektoru, dosent, uşaq nefroloqu Rauf Bəylərov aksiyanın sosial vəziyyəti ağır olanlara yardım baxımından vacib olduğunu söyləyib: “Baxış keçirilən uşaqlar arasında elə də ciddi xəstəlikləri aşkar etmədik. Onlardan bir neçəsini analizlərə göndərdik, çünki böyrəklərə birdən-birə diaqnoz qoyulması qətiyyən doğru deyil. Analizlərin nəticəsindən asılı olaraq həmin uşaqlara müvafiq dərman vasitələri də tətbiq olunacaq”.Xeyriyyə aksiyasına Türkiyə və Qazaxıstanda yaşayan soydaşlarımızın da qoşulduğu bildirilib.xeber100.com

İyun 24, 2017 9:14

Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq

Dünyada təqribən hər 6 ahıl adamdan biri pis rəftarın bu və ya digər forması ilə üzləşir. Azərtac Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, bu göstərici daha əvvəl əhalinin qocalması nəzərə alınmaqla hesablanmış və proqnozlaşdırılmış rəqəmi üstələyir.DST-nin dəstəyi ilə aparılmış və nəticələri “Lancet Global Health” jurnalında dərc edilmiş yeni tədqiqata görə, yaşı 60 və daha çox olan insanların, demək olar, 16 faizi yolverilməz rəftar formalarına – psixoloji təsirə (11,6 faiz), maliyyə fırıldaqlarına (6,8 faiz), soyuq münasibətə (4,2 faiz), fiziki təsirlərə (2,6 faiz) və ya seksual təhqirlərə (0,9 faiz) məruz qalırlar. Tədqiqat müxtəlif regionlarda yerləşən 28 ölkədə, o cümlədən gəlir səviyyəsi aşağı və orta olan 12 ölkədə aparılan 52 araşdırmanın məlumatlarına əsaslanır.Pis rəftarın sağlamlıq üçün nəticələri müxtəlif travmalar, ağrı, habelə depressiya, stress və səksəkəli vəziyyətdir. Ahıllarla pis rəftar qocalar evlərində, xəstəxanalarda yerləşdirilmə, təcili tibbi yardım xidmətindən istifadə və ölüm riskinin artması deməkdir.Dünyada yaşı 60 və daha çox olan insanların sayı 2050-ci ilə qədər iki dəfə artaraq, 2 milyard nəfərə çatacaq. Onların böyük əksəriyyəti gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə yaşayacaq. Pis rəftara məruz qalan ahılların sayı dəyişməz qalsa, əhalinin qocalması ilə əlaqədar belə adamların sayı artaraq 2050-ci il üçün 320 milyard nəfərə çatacaq.xeber100.com

İyun 18, 2017 2:23