Səhiyyə komitəsinin iclası keçirilib

İyunun 1-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.Gündəliyə İnzibati Xətalar Məcəlləsi və "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil idi.İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.Xatırladaq ki, hazırda fiziki şəxslər cərimə olunanlar sırasında yoxdur.Dəyişikliklər İnzibati Xətalar Məcəlləsini "Dərman vasitələri haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə təklif edilir.Həmin dəyişikliklərə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Eyni zamanda, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağan edilir.xeber100.com  

İyun 1, 2017 4:21

Dünya Səhiyyə Təşkilatının qərarı ilə…

Dünya Səhiyyə Təşkilatının qərarı ilə hər il may ayında Dünya Astma və Allergiya Xəstələri Günü qeyd edilir. Günün təsis olunmasında əsas məqsəd cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək və əhalini maarifləndirməkdir. Epidemioloji araşdırmalara əsasən hazırda dünya əhalisinin 40 faizdən çoxunda allergiya əlamətləri müşahidə edilir. Buna artıq pandemiya demək olar. Belə ki, dünya əhalisinin hər üç nəfərindən biri allergik rinitdən, hər onundan biri isə bronxial astmadan əziyyət çəkir.Bu xəstəliklərin bir sıra yayılma risk faktorları mövcuddur. Bunlara misal olaraq siqaret, əsasən uşaqlar və hamilələrdə siqaret tüstüsü, hamiləlik zamanı istifadə olunan allergik mənşəli qidalar, kimyəvi maddələrlə təmas, hormonal kontraseptivlər və antibiotiklər, sintetik əlavəli ərzaqlar, stress və s.Bronxial astma səhiyyə üçün qlobal problemə çevrilə bilər. Belə ki, hazırda dünya əhalisinin təxmini 300 milyonu bu xəstəliyin qurbanıdır. Xəstəlik passiv həyat tərzinin səbəblərindən biridir. Yer kürəsinin müxtəlif bölgələrində aparılan sorğuya əsasən bronxial astmadan əziyyət çəkənlərin 51-59 faizində xəstəliyi hətta astma əleyhinə preparatlarla da nəzarətdə saxlamağı mümkün olmadığı görülüb.Xəstəliyi nəzarətdə saxlamaları üçün əsasən mümkün qədər allergiya törədən qidalardan, heyvanlardan, toz və kitab, xalı kimi tozlanan əşyalarda, siqaret tüstüsü kimi bir sıra xəstəliyi qıcıqlandıracaq səbəblərdən uzaq durmaları məsləhət görülür.Uşaqlarda astmanın ilkin profilaktikası - əsasən yenidoğulmuşların ana südü, yaşca daha böyüklərin isə düzgün qidalanması, yaşadıqları mühitin düzgün seçilməsidir.Bu xəstəliyin kontrolda saxlanılması problemin təkrarlanma müddətinin 3-10 il arası uzadılması deməkdir.xeber100.com  

May 30, 2017 12:03