Dünya Səhiyyə Təşkilatının qərarı ilə hər il may ayında Dünya Astma və Allergiya Xəstələri Günü qeyd edilir. Günün təsis olunmasında əsas məqsəd cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək və əhalini maarifləndirməkdir. Epidemioloji araşdırmalara əsasən hazırda dünya əhalisinin 40 faizdən çoxunda allergiya əlamətləri müşahidə edilir. Buna artıq pandemiya demək olar. Belə ki, dünya əhalisinin hər üç nəfərindən biri allergik rinitdən, hər onundan biri isə bronxial astmadan əziyyət çəkir.Bu xəstəliklərin bir sıra yayılma risk faktorları mövcuddur. Bunlara misal olaraq siqaret, əsasən uşaqlar və hamilələrdə siqaret tüstüsü, hamiləlik zamanı istifadə olunan allergik mənşəli qidalar, kimyəvi maddələrlə təmas, hormonal kontraseptivlər və antibiotiklər, sintetik əlavəli ərzaqlar, stress və s.Bronxial astma səhiyyə üçün qlobal problemə çevrilə bilər. Belə ki, hazırda dünya əhalisinin təxmini 300 milyonu bu xəstəliyin qurbanıdır. Xəstəlik passiv həyat tərzinin səbəblərindən biridir. Yer kürəsinin müxtəlif bölgələrində aparılan sorğuya əsasən bronxial astmadan əziyyət çəkənlərin 51-59 faizində xəstəliyi hətta astma əleyhinə preparatlarla da nəzarətdə saxlamağı mümkün olmadığı görülüb.Xəstəliyi nəzarətdə saxlamaları üçün əsasən mümkün qədər allergiya törədən qidalardan, heyvanlardan, toz və kitab, xalı kimi tozlanan əşyalarda, siqaret tüstüsü kimi bir sıra xəstəliyi qıcıqlandıracaq səbəblərdən uzaq durmaları məsləhət görülür.Uşaqlarda astmanın ilkin profilaktikası - əsasən yenidoğulmuşların ana südü, yaşca daha böyüklərin isə düzgün qidalanması, yaşadıqları mühitin düzgün seçilməsidir.Bu xəstəliyin kontrolda saxlanılması problemin təkrarlanma müddətinin 3-10 il arası uzadılması deməkdir.xeber100.com