Müasir dövrdə müəyyən bakteriya, virus və parazitlər mikrob əleyhinə preparatlara, o cümlədən antibiotiklərə, öz səmərəliliyini itirmiş vərəm və malyariya əleyhinə vasitələrə davamlıdır. Azərtac BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının başçısı (DST) Marqaret Çen və BMT baş katibinin birinci müavini Əminə Məhəmməd məlumat veriblər. Onlar bildiriblər ki, Antoniu Quterriş tərəfindən bu problemin həlli üzrə əlaqələndirmə qrupunun həmsədrləri təyin ediliblər.Əminə Məhəmməd vurğulayıb ki, mikrop əleyhinə preparatlara davamlılıq səhiyyə sisteminə və özü də təkcə səhiyyəyə deyil, ciddi təhlükədir. Onun sözlərinə görə, hazırda antibiotiklərə həddindən çox aludə olmaq nəticəsində onlara qarşı davamlılıq artır. Bu isə o deməkdir ki, bakteriyalar o dərəcədə dəyişir ki, antibiotiklər və digər preparatlar artıq onlara heç bir təsir göstərə bilmir.Marqaret Çen bildirib ki, bu yaxınlarda DST ilk dəfə antibiotiklərin təsirinə davamlı “prioritet patogenlərin” – insan sağlamlığı üçün çox təhlükəli olan 12 növ bakteriyanın siyahısını açıqlayıb.xeber100.com