İtaliyanın “İl Giornale” qəzeti yazır…

Oktyabrın 18-də İtaliya Senatında keçirilmiş Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr edilmiş konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İtaliyanın “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu "İl Giornale" qəzetində dərc edilib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, müsahibədə Azərbaycanın Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığının inkişaf perspektivlərinə toxunulub.Azərbaycanın Avropa ilə sıx bağlılığının olduğunu bildirən H.Hacıyev ölkəmizin terrorizmin, qanunsuz miqrasiyanın, ekstremizmin və radikalizmin qarşısının alınmasında oynadığı mühüm roldan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışıb. Azərbaycanın Avropa İttifaqı, o cümlədən İtaliyanın tərəfdaşı olduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması üzrə intensiv danışıqların aparıldığını və bu sazişin qarşıdan gələn illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd edib.XİN rəsmisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar və bu xüsusda İtaliyanın töhfəsinə dair sualı cavablandıraraq bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları və atılmalı olan addımlar bəllidir. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Münaqişənin həllinə İtaliyanın töhfəsinə gəldikdə isə, o deyib ki, İtaliyanın Trentino-Alto Adige muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər və İtaliyanın ATƏT-in Minsk qrupunda üzvlüyünü və gələn il ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı.xeber100.com

Oktyabr 19, 2017 3:48

Azərbaycan-İtaliya əlaqələrinin ildönümü münasibətilə konfrans keçiriləcək

Oktyabrın 18-də İtaliya Senatının binasında - “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib.Səfir tədbirin keçiriləcəyi günün - 18 oktyabrın Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci il həmin tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini deyib.M.Əhmədzadə cari il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdimatı üçün əhəmiyyətli olduğunu bildirib. Diplomat İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını deyib.M.Əhmədzadə, həmçinin Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, ölkəmizdə davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.xeber100.com

Oktyabr 17, 2017 2:09

Atəşkəs rejimi 118 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 16, 2017 3:37

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

Oktyabr 15, 2017 1:13