ABŞ-ın San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Kvartetin “Gələcək Üçün Əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer Mükafatı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi Mükafatına layiq görülüb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…