“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və YARAT təşkilatının dəstəyi ilə Hindistanın Bakıdakı səfirliyi tərəfindən “Yoqa həftəsi”nə start verilib. Azərtac xəbər verir ki, festival çərçivəsində artıq İçərişəhərdə açıq havada və Suraxanıda yerləşən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda yoqa sessiyası keçirilib. “Yoqa həftəsi” çərçivəsində Bakı və Gəncədə yerləşən müxtəlif yoqa təsisatları tərəfindən də bir sıra tədbirlər təşkil olunacaq. Hindistan səfirliyindən bildirilib ki, yeni başlayan və müntəzəm yoqa ilə məşğul olan şəxslər bu sessiyalara qoşula bilərlər. Yoqa mərasimləri iyunun 26-da YARAT Müasir İncəsənət Məkanında Yoqa Şahi Studiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlə yekunlaşacaq. Həftə ərzində iştirakçılara yoqaya dair mühazirələr oxunacaq, Hindistan musiqisi və rəqsləri ilə yanaşı, ölkənin mətbəxi barəsində də ətraflı məlumat veriləcək. Tədbirlərə giriş sərbəstdir və ictimaiyyətə açıqdır. Qeyd edək ki, Hindistandan başlanğıcını götürmüş yoqa praktikası 2014-cü ilin dekabrında BMT Baş Assambleyasında 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsi ilə qeyd olunmağa başlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”