Lənkəran Dövlət Dram Teatrında paralel olaraq iki yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Bu barədə Apa-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov məlumat verib. T. Heydərov bildirib ki, Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının stolüstü məşqlərini aparır:”Gümrah Ömər əvvəllər də teatrımızda bir neçə tamaşaya quruluş verib. Truppa, necə deyərlər, bu istedadlı sənət adamına artıq alışıb. Qarşılıqlı anlaşma isə həmişə uğurla nəticələnir”. Teatrın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov isə Abdulla Şaiqin “Qoçpolad” əsərini tamaşaya hazırlayır. Bu səhnə əsəri əsasən məktəblilər üçün nəzərdə tutulub. Hər iki tamaşada teatrın aparıcı səhnə ustalarından xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Zemfira Əhmədova, artistlər Əlibala Əsgərov, Miraslan Ağayev, Allahverən Babayev, Əbülfəz Ağayev, Niftulla Əsgərov, Qızılgül Quliyeva, Şahrud Mehdiyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Səyyad Əliyev və digərləri rol alıblar. Tamaşaların oktyabr ayının ortalarında sənətsevərlərə təqdim olunması nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…