Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Azərtac xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb. Gecədə ansamblın arxiv fotolarından ibarət slayd nümayiş etdirilib.Qeyd edilib ki, Azərbaycan musiqi mədəniyyətinin təbliğində müstəsna xidmətlərinə görə ansambl 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülüb. 1992-ci ildə kollektivə böyük bəstəkarımız Fikrət Əmirovun adı verilib. Yubiley tədbirində Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının rektorları, Xalq artistləri Fərhad Bədəlbəyli və Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Xalq Artisti Azərpaşa Nemətov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Xalq Artisti Roza Cəlilovanın video təbrikləri təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”