Rusiyada ən böyük kinostudiyalardan biri olan Maksim Qorki adına kinostudiya Böyük Vətən müharibəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə bir sıra filmlərin siyahısını tərtib edib.TASS agentliyinin məlumatına görə, ailə ortamında baxılması nəzərdə tutulan filmlərin siyahısında rejissor Vasiliy Proninin 1946-cı ildə quruluş verdiyi “Alay oğlu” (“Сын полка”) və Stanislav Rostotskinin 1972-ci ildə çəkdiyi “Burada şəfəqlər sakitdir…” (“А зори здесь тихие” filmləri də yer alıb.Qorki adına kinostudiyanın baş direktoru Yuliana Slaşeva qeyd edib ki, kinonun dili ilə böyüyən nəslə müharibə dövrünün ab-havasını, insanların keçirdiyi hissləri və dünyaya olan münasibətini çatdırmaq üçün ən yaxşı vasitədir: “O dəhşətli illərin və Böyük Qələbənin şahidi olan görkəmli rejissorlarımızın çəkdiyi klassik filmlər sadə və parlaq obrazlarla zəngin müharibə dövrünün ifadəli bir salnaməsidir. Biz bu ekran əsərlərinə bayram günlərində uşaqlarla birlikdə baxmağı tövsiyə edirik”.Qeyd edək ki, eyni adlı kinostudiyanın “YouTube” kanalına 1941-1945-ci ili əhatə edən müharibə mövzusunda bir çox filmlər də əlavə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”