Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumu keçirilir. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan və Rusiyadan nümayəndələr iştirak edir. Ölkəmizi tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Milli Məclisin deputatları Elmira Axundova, Naqif Həmzəyev, Pərvin Kərimzadə və digərlərindən ibarət böyük mötəbər nümayəndə heyəti təmsil edir.Azərtac xəbər verir ki, tədbirin açılışında Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxuyub.DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxış edib.Tədbir çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”