Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediyası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır. Kollektiv “Teleskop” tamaşasını aprelin 19-u və 20-də nümayiş etdirəcək. Tamaşa ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2011-ci il mayın 11-də oynanılıb. Qeyd edək ki, “Yaşasın teatr, yaşasın sülh” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”