Bu gün Musiqili Teatr İran İslam Respublikasında keçiriləcək 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına yola düşüb.Teatrın mətbuat xidməti bildirilib ki, yaradıcı heyət festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Teatrın kollektivi bu münasibətlə yanvarın 13-dən 18-dək Təbrizdə səfərdə olacaq.“35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız və ölkəmizi bu beynəlxalq festivalda təmsil etməyimiz kollektivimizdə ikiqat məsuliyyət hissi və ruh yüksəkliyi yaradıb. Bu mötəbər festivaldakı çıxışımızın uğurlu alınacağına inanıram. Ümumiyyətlə, 2017-ci ilin Musiqili Teatr üçün uğurla başladığını deyə bilərik. Bir neçə gün öncə teatrımızın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanı təhvil verdik. İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettasının premyerasını çox böyük uğurla keçirtdik və bu səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Yanvar ayının sonlarında isə daha bir premyera gözlənilir. Təqdim etməyə hazırlaşdığımız İlyas Əfəndiyevin “Mənim günahım” əsərinin də uğur qazanacağına, tamaşaçılarımız tərəfindən seviləcəyinə inanıram”, – deyə teatrın direktoru Əliqismət Lalayev söyləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”