Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümü artıq başa çatmaq üzrədir. Bununla əlaqədar bu gün saat 12:00-da teatrda mükafatlandırma mərasimi olacaq.Teatrdan bildirilib ki, 2015-ci ildən teatrda hər mövsümün sonunda keçirilən ənənəvi mükafatlandırma mərasimində bu dəfə də “Mövsümün sevilən aktyoru”, “Mövsümün sevilən aktrisası”, “Mövsümün perspektivli aktyoru”, “Mövsümün perspektivli aktrisası”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsüm ərzində teatrın dostu”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə” və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq. Onlara mükafatlar və hədiyyələr təqdim ediləcək.Mərasimdə, həmçinin mövsümün seçilən aktyorlarına Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı da təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”