Bu il böyük gülüş ustası Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur. Xatırladaq ki, yubiley tədbiri Musiqili Teatrında keçiriləcək. Teatrdan verilən məlumata görə, yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkraları iştirak edəcəklər. Musiqili Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, N. Zeynalovanın 100 illik yubiley tədbirilərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar ölkə başçısı Sərəncam imzalayıb: “Sərəncama uyğun olaraq milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubiley tədbiri 24 noyabr 2016-cı il tarixində keçiriləcək. Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N. Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərginin teatrımızda, aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin “Nizami” Kino Mərkəzində nümayişi və qüdrətli sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın (müəllifi İ. Rəhimli) və foto-albomun nəşr edilməsi nəzərdə tutulur”, – deyə Ə. Lalayev bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”