Nizami Kino Mərkəzində “Con Vik 2”, “Əlli çalar daha tünd” bədii filmlərin və “Leqo film: Betmen” 3D animasiya filminin nümayişinə başlanılıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Amerika və Danimarka istehsalı olan “Leqo film: Betmen” animasiya filmini Set Qrem–Smitin ssenarisi əsasında rejissor Kris MakKey fentezi, döyüş, macəra və komediya janrında ekranlaşdırıb.Rolları aktyorlar Cenni Sleyt, Reyf Fayns, Zak Qalifianakis, Rozario Douson, Vill Arnett, Maykl Sera və Billi Di Vil ifa ediblər.Amerika istehsalı olan “Əlli çalar daha tünd” filmi dram, melodram janrında çəkilib. Rejissoru Ceyms Fouli, ssenari müəllifi Nial Leonarddir. Filmdə rollarda Ceyms Dornan, Dakota Conson, Tayler Xeklin, Bella Xitkot, Kim Beysincer, Lyuk Qrayms, Cennifer El, Maks Martini və başqaları çəkilib.ABŞ istehsalı olan “Con Vik 2” filmini rejissor Çad Staxelski Derek Kolstadın ssenarisi əsasında döyüş, triler və kriminal janrında lentə alıb. Rolları Kianu Rivz, Rubi Rouz, Bridcet Moynexen, İen McŞeyn, Peter Stormare, Lorens Fişbern, Con Lequizamo və Piter Serafinoviç oynayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”