Nyu-York dəb həftəsi çərçivəsində ilk nümayişlərdə dizaynerlər 2018-ci il yaz-yay kolleksiyalarını təqdim ediblər.Azərtac dəb sahəsində məşhur Vogue jurnalına istinadən xəbər verir ki, bu il Nyu-York dəb həftəsi əvvəllər olmadığı qədər uzun çəkəcək – yeddi gün. Nümayişlərin siyahısında yeni gənc modelyerlərin markalarının iştirakı və tanınmış dizaynerlərin yerli podiuma qayıdışı nəticəsində iştirakçı sayı xeyli çoxalıb. Digər dizaynerlər ilə bərabər Nyu-York dəb həftəsi çərçivəsində Tom Ford, Valentino Qaravani, Raf Simons, Tori Berç, Ceyson Vu, Ceremi Skott, Ralf Loren və rusiyalı dizayner Alyona Axmadullina kimi tanınmış modelyerlər 2018-ci il yaz-yay kolleksiyalarını təqdim edəcəklər.Təşkilatçılar bu il keçirilən Nyu-York dəb həftəsini ən demokratik və əl çatan hesab edir. Belə ki, hazırda nümayişlərə qatılmaq çox sadələşib.WWD jurnalının məlumatına əsasən, bu il şounun qonaqlarına bir sıra əlavə xidmətlər təklif olunur: mehmanxanalarda xüsusi qulluqdan tutmuş nümayişlərdə xüsusi yerlərin tutulması və dizaynerlərlə xüsusi əlaqələrin qurulmasınadək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”