“Qarabağ – geri dönən xoşbəxtliyim” filmi Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.Azərtac xəbər verir ki, ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Qarabağın azadlığının rəmzi olan “Xarı- bülbül” haqda ətraflı məlumat verilib.Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunmuşdu.Filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.Film yaxın günlərdə Azərbaycanın CBC televiziya kanalı ilə yayımlanacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”