Azərbaycan Milli Konservatoriyasında görkəmli pianoçu Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə pianoçunun ifasını əks etdirən video-çarx nümayiş olunub.
Daha sonra Konservatoriyanın rektoru S.Kərimi çıxış edərək, R.Babayevlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilib. Musiqiçi 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar Artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq Artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.
Daha sonra Emil Əfrasiyab, Rain Sultanov, Elçin Şirinov, “Qaya” dövlət ansamblı, eləcə də “Cəngi” ansamblının ifasında caz kompozisiyalar səsləndirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”