Noyabrın 7-də Nizami Kino Mərkəzində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin və western-azerbaijan.az saytının təqdimatı keçirilib.
Qeyd edək ki, film Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib.
Təqdimat mərasimində ölkənin mədəni-ictimai və siyasi xadimləri, tanınmış kino adamları və media mənsubları iştirak ediblər.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu çəkiliş prosesindən və ümumi ideyadan danışıb. Müəllif bədii çəkilişlərin İsmayıllı, digər çəkilişlərin isə Qərbi Azərbaycanla sərhəd rayonlarda aparıldığını deyib. Bundan başqa, filmdə 30-cu illərə dair arxivlərin açılması, Moskvadan əldə edilməsi maraqlı nüanslardan biridir.
“Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətt prodüseri İsmayıl Qasımovdur.
Film ingilis və erməni dillərində də yayımlanacaq.
Qeyd edək ki, film və sayt “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi əsasında ərsəyə gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”