Türkiyədə qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab dərc olunub.
Türkiyə mətbuatının yaydığı məlumata görə, “Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri” adlı bu dəyərli əsərin müəllifi Filologiya Elmlər Doktoru Mahmut Sarıkayadır. Əsərə elmi rəy isə məşhur Türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən yazılıb.
Kitabın ilk hissəsində Əliağa Vahidin həyat və yaradıcılığı barədə geniş məlumat verilir. Dr. Mahmut Sarıkaya əvvəlcə Əliağa Vahidin yaşadığı dövrü və ictimai-siyasi şəraiti təhlil etmiş, sonra onun ədəbi şəxsiyyəti və əsərləri haqqında bilgi verib.
Oxucu Əliağa Vahidin üslubu, rəsmi Azərbaycan türkcəsindəki bəzi qaydalar yerinə bəzən Türkiyə türkcəsinin qaydalarından istifadə etməsi məlumatlandırılıb, bu barədə tezislər misallar ilə izah edilib. Kitabda Əliağa Vahid ilə bağlı son illərdə dərc olunan bəzi əsərlərdə yol verilmiş olan müəyyən səhvlərə də toxunulub.
Dr. Mahmut Sarıkaya bu hissəni yazarkən Azərbaycanda, Türkiyədə və İranda Əliağa Vahid ilə bağlı dərc olunmuş əsərlərdən istifadə edib.
Qeyd edək ki, əsərin müəllifi olan Dr. Mahmut Sarıkaya əslən Azərbaycan türküdür. Valideynləri Qərbi Azərbaycandan (indiki Ermənistan) Türkiyənin Qars vilayətinə köçüb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…