2016-2017-ci illərdə italiyalı ekspertlərlə birgə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı “Tvinninq” layihəsi həyata keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə,
layihənin icra müddətinin başlanması ilə əlaqədar Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev “Tvinninq” layihəsinin yerli müşaviri Alessandro Biançi ilə görüşüb.
Görüşdə mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair 2016-2017-ci illəri əhatə edəcək “Tvinninq” layihəsi ilə bağlı müzakirələr aparılıb.
Nazir layihənin uğurla həyata keçirilməsinin mədəniyyət sahəsinin idarə edilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcəyini bildirib.
Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirib.
Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılmış və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.xəbər100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”