Bu ilin mayında Yekaterinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ Xalq artisti Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsi keçiriləcək. Belə bir nüfuzlu müsabiqənin təşkilat komitəsi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçildiyini bildirib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə reallaşacaq.
Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiyanın Xalq Artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.
Operetta və müzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatıla biləcəklər. Müsabiqə mayın 16-dan 21-dək Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”