Britaniya parlamentində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqına qarşı böyük haqsızlıq və ədalətsizlik olduğunu bildiriblər. Xocalı faciəsinə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tezliklə hüquqi-siyasi qiymət verilməsinə və bu hadisəni törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəslədikərini ifadə ediblər.Bu il münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Britaniya parlamentinin üzvü Baronessa Varsi, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter və azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva daxil idi.Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”