Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start verilib.Azərtac xəbər verir ki, seçilmiş loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq.Qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən veriləcək sertifikatla yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribüteri “Global Electronics Azerbaijan” tərəfindən də “Bluetooth” qulaqcıqlar hədiyyə olunacaq.Müsabiqədə yalnız Azərbaycan və ya Yaponiya vətəndaşları iştirak edə bilər.Loqonun üzərində mütləq olaraq “Japan”, “Azerbaijan”, “30” (ingilis dilində) atributikaları istifadə olunmalıdır. Loqodakı yazı və ya rəqəmlər şəklin alt, üst və ya yanında olmaqla bir neçə versiyada təqdim oluna bilər.Müraciət etmək üçün loqolar [email protected] mail ünvanına göndərilməlidir. Maili göndərən zaman bir mailin həcminin 10 Mb-dan böyük olmamasına fikir verməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, müraciət sayında məhdudiyyət yoxdur, 1 nəfər bir neçə dəfə də müraciət edə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…