“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Sıfır” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, “ARTIM LAB” layihə çərçivəsində baş tutan sərgi rəssam Faiq Əhmədin rəhbərliyi altında keçirilən ustad dərslərinin nəticəsidir. Yaradıcılıq prosesində rəssamlar boşluq və bütövlük vəziyyətini əks etdirərək, bu vəziyyətləri dərindən dərk etməyə çalışıblar. Rəssamlar, eyni zamanda, öz fərdiyyətindən uzaqlaşmağa və öz mahiyyətlərinin anlaşılmasına yaxınlaşmağa cəhd göstəriblər.Ustad dərslərinin hər biri öz reallığında olan rəssam və seyrçinin gözləntiləri və münasibətləri çərçivəsində yaradıcılıq prosesini nəzərdən keçirir. Ustad dərsi insanı ekzistensial məsələlərə qaytarır, tədbir iştirakçıları üçün isə istehsal dövriyyəsindən qurtulmaq və onu qısa müddətə dayandırmaq, individualist mədəniyyətin təzyiqindən və incəsənət bazarının diktə etdiyi rəqabətədavamlılıq standartlarından imtina etmək cəhdi idi.“ARTIM LAB” layihəsi çərçivəsində keçirilən bu 24 saatlıq sərgi bir eksperimentdir və sənətkarın ən sadə və eyni zamanda, ən əzəmətli yolla cəmiyyətlə necə vəhdət qurmaq sualına cavab əldə etməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”