Dekabrın 19-da YARAT Müasir İncəsənət Mərkəzində Türkiyənin məşhur kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğlu ilə görüş keçiriləcək.
YARAT-dan bildirilib ki, görüş çərçivəsində dünya kino sahəsindəki hazırkı vəziyyət müzakirə olunacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, Semih Kaplanoğlunun filmləri metafizik mövzular və kinematoqrafiyada fərqli müəllif üslubundan istifadə ilə xarakterizə olunur. O, türk kinosunun ən istedadlı və nüfuzlu rejissorlarındandır. Dünya üzrə 30-dan çox beynəlxalq mükafata layiq görülüb.
2013-cü ildə Kann Film Festivalında “Cinefondation” və “Qısa filmlər” bölmələri üzrə münsiflər heyətinin üzvü olub. O, Avropa Film Akademiyası, eləcə də Asiya Sakit Okean Kino Akademiyasının üzvüdür.
Semih Kaplanoğlunun “Hər kəs öz evində” debüt tammetrajlı filmi 2001-ci ildə Sinqapur Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Kinodakı əsas məşğuliyyətləri ilə yanaşı, 1987-2003-cü illərdə plastik incəsənət və kino haqqında məqalələr də yazıb. Bu məqalələr incəsənətlə bağlı dövri mətbuatda dərc edilib və müxtəlif xarici dillərə tərcümə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”