Bakı İdman Sarayında 27-ci Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar.Turnirdə artıq böyüklər və gənclər arasında yarışların qalibləri müəyyənləşib. Belə ki, qadınlar arasında kata üzrə Neda Rezai, kumitedə Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamirə Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Mədinə Quliyeva (50 kq) birinci yerə layiq görülüblər. Kişi karateçilərin mübarizəsində isə kata yarışında Ceyhun İsmayılov, kumite üzrə Elvin Ağayev (84 kq-dan yuxarı), Novruz Əliyev (84 kq), Samir Məmmədov (75 kq), Məhəmməd İsmayılov (67 kq) və Ülvi Qurbanov (60 kq) qızıl medal qazanıblar.U-21-lərin yarışında Nərgiz Məmmədova kata, Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamira Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Fidan Teymurova (50 kq) kumite yarışlarında qalib olublar. Oğlanların yarışında isə Ceyhun İsmayılov kata, Murad Hacızadə (84 kq-dan yuxarı), Musa Sarızadə (84 kq), Fərid Şahbazlı (75 kq), Asim Məmmədov (67 kq) və Fərid Əbdülkərimov (60 kq) kumite üzrə birinci yerə layiq görülüblər.Yarışlar noyabrın 24-dək davam edəcək.xeber100.com

Noyabr 23, 2019 2:43

Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı başlayıb

Noyabrın 22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı başlayıb.Azərtac xəbər verir ki, çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparırlar. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.xeber100.com  

Noyabr 22, 2019 1:01

Çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək

Noyabrın 21-də Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək.Azərtac xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə keçirilən və dekabrın 1-dək davam edəcək çempionatda 16 komanda 4 qrupda mübarizə aparacaq.Ev sahibi Paraqvay komandası A qrupunda Yaponiya, İsveçrə və ABŞ seçmələri ilə yarışacaq. Uruqvay, Meksika, İtaliya və Tahiti milliləri B, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Rusiya komandaları C qrupunda yer alıblar. D qrupunda isə Braziliya, Oman, Portuqaliya və Nigeriya yığmaları mübarizə aparacaqlar.Çempionatın qrup mərhələsinin görüşləri noyabrın 21-26-da oynanılacaq. Noyabrın 28-də dörddəbir, 30-da yarımfinal qarşılaşmaları keçiriləcək. Üçüncü yer uğrunda oyun və final matçı dekabrın 1-də təşkil olunacaq.Oyunların idarə olunmasında azərbaycanlı FIFA referisi İnqilab Məmmədov da iştirak edəcək.Çimərlik futbolu üzrə Azərbaycan seçməsi çempionatın iyulun 19-27-də Moskvada keçirilən təsnifat yarışlarında qrup mərhələsinin birinci dövrəsində qrupdan çıxa bilsə də, ikinci dövrədə sonuncu pillədə qərarlaşıb.Qeyd edək ki, çimərlik futbolu üzrə ilk dünya çempionatı 1995-ci ildən etibarən keçirilir. 2005-ci ildən FIFA-nın bayrağı altında keçirilən bu turnir 2009-cu ildən başlayaraq iki ildən bir təşkil olunur. İndiyədək Braziliya bu turnirə 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham adaları hərəsi bir dəfə ev sahibliyi edib. 2021-ci ildə çempionat Rusiyada keçiriləcək.Çimərlik futbolu üzrə ən çox çempionluq titulu bu turnirin sonuncu qalibi Braziliya seçməsinə məxsusdur. Braziliyalılar kuboku 14 dəfə başları üzərinə qaldırıblar. Portuqaliya və Rusiya iki, Fransa isə bir dəfə çempion olub.xeber100.com

Noyabr 21, 2019 2:17

“Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib

Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edəcək.Azərtac xəbər verir ki, yarışın birinci günündə kişilər arasında onaltıdabir finalda Kəramət Hüseynov (60 kq) Belarus təmsilçisi Yanislav Gerçev, Davud Məmmədsoy isə italiyalı Elios Manzi ilə qarşılaşacaqlar. Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə Naton Börns (İrlandiya) - Beslan Muradov (Rusiya) cütünün qalibi, Orxan Səfərov isə otuzikidəbir finalda Jülyen Fraskador ilə (Kanada) qarşılaşacaqlar.Qadınların yarışında isə onaltıdabir finalda 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva Edna Karrillo (İtaliya), Aişə Qurbanlı Harriet Bonfeys (Malavi), 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə Kristina Blanaru (Moldova) ilə mübarizə aparacaqlar.“Böyük dəbilqə” turnirinin ikinci günündə onaltıdabir finalda qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) yaponiyalı Tsukasa Yoşida, İçinxorloo Munxtsedev isə Po Sum Leunqu (Honkonq) ilə üz-üzə gələcəklər. Kişilərin mübarizəsində isə Murad Fətiyev (81 kq) otuzikidəbir finalda Vladimir Zoloyev (Qırğızıstan) ilə qarşılaşacaq.Turnirin sonuncu günündə onaltıdabir finalda 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi, 100 kiloqram çəki dərəcəsində isə Elmar Qasımov Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün qalibini sınağa çəkəcək. Zelim Kotsoyev otuzikidəbir finalda Karl-Riçard Freylə (Almaniya) qarşılaşacaq.Qeyd edək ki, komandamızın heyətinə əvvəl Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) daxil edilsə də, sonradan heyətdən çıxarılıblar.“Böyük dəbilqə” turnirində 87 ölkədən 486 idmançı mübarizə aparacaq.xeber100.com

Noyabr 21, 2019 2:11