10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Büdcə layihəsi ölkənin parlamentinə təqdim edilib

Portuqaliya hökuməti 2019-cu il üçün büdcə layihəsini ölkənin parlamentinə təqdim edib.Azərtac xəbər verir ki, sənəddə müdafiə məqsədləri üçün 2,339 milyard avro ayrılması nəzərdə tutulur. Göstərilən məbləğ 2018-ci ildə bu məqsədlər üçün nəzərdə tutulan xərcləri 17,5 faiz (1,91 milyard avro) üstələyir.“Jane's Defence Weekly”nin məlumatına görə, hökumət 2019-cu ildə texnika və silah-sursat alınmasına 275 milyon avro, digər ölkələrlə hərbi əməkdaşlığa 6,9 milyon avro, Portuqaliya hərbi hissələrinin sülhməramlı missiyalarda iştirakının maliyyələşdirilməsinə 60 milyon avro (bununla yanaşı, BMT əlavə olaraq 5 milyon avro verəcək) ayrılmasını təklif edir. Portuqaliya, həmçinin tədqiqat layihələrinin maliyyələşdirilməsinə 10,58 milyon avro ayırmağı planlaşdırır.Parlament büdcə layihəsini noyabrın 29-da müzakirə edəcək.xeber100.com

Oktyabr 24, 2018 3:46

Prezident seçkiləri ilə bağlı səsvermə keçirilib

Vyetnam Sosialist Respublikasının parlamenti oktyabrın 23-də səhər saatlarında prezident seçkiləri ilə bağlı səsvermə keçirib.TASS informasiya agentliyi xəbər verir ki, səsvermənin nəticələrinin günün ikinci yarısında elan ediləcəyi gözlənilir. Bundan sonra yeni prezident xalqa, dövlətə və Vyetnamın hakim Kommunist Partiyasına sədaqət andı içəcək.Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin 74 yaşlı baş katibi Nquen Fu Çonq prezident postuna yeganə namizəddir.Xatırladaq ki, Vyetnamın dövlət başçısı postu sentyabrın 21-də prezident Çan Day Kuanqın vəfatından sonra boş qalmışdı. Vyetnam konstitusiyasına əsasən, prezidentin ölümündən sonra bu vəzifə müvəqqəti olaraq vitse-prezident Danq Thi Nqok Thinə həvalə edilmişdi.xeber100.com

Oktyabr 23, 2018 12:07

Əməkdaşlıq məsələləri müzakirə olunub

Türküstan vilayətinin Sarıağac şəhərində Özbəkistan, Qazaxıstan və Rusiya prezidentləri Şavkat Mirziyoyev, Nursultan Nazarbayev və Vladimir Putinin üçtərəfli qeyri-formal görüşü olub.Azərtac Özbəkistan Prezidenti mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə bu ölkələr arasında əməkdaşlıq, o cümlədən iqtisadi-ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.Görüşdə Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin istiqamətləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi olub.Xatırladırıq ki, Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana səfəri zamanı ölkələr arasında əlaqələrin genişləndirilməsi ilə bağlı 20 sənəd imzalanıb. Regional Əməkdaşlıq üzrə birinci Özbəkistan-Rusiya Forumunda isə iqtisadi-ticarət və sərmayə qoyuluşu sahələrində 27,1 milyard dollar dəyərində 785 ikitərəfli saziş və memorandum imzalanıb.xeber100.com

Oktyabr 22, 2018 2:23

Gürcüstanda seçkiqabağı təxribatın qarşısı alınıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə seçkiqabağı təxribatın qarşısını alıb.Milli.az bildirir ki, bu barədə DTX məlumat yayıb.Təxribatın konkret olaraq nədən ibarət olduğu açıqlanmır. Bildirilir ki, son vaxtlar seçki kampaniyası ilə əlaqədar olaraq əhalinin daha çox toplaşdıqları yerlərdə təxribatlara hazırlıq barədə DTX-ya operativ məlumatlar daxil olurdu. Xidmətin əməkdaşlarının həyata keçirdikləri operativ axtarış-əməliyyat tədbirləri nəticəsində təxribatların qarşısı alınıb.DTX bəyan edib ki, təxribatlara və ölkədə sabitliyin pozulmasına qarşı mübarizə Daxili İşlər Nazirliyi ilə birlikdə davam etdiriləcək. Ölkənin demokratik imicinə, eləcə də əhalinin təhlükəsizliyinə xələl gətirəcək hərəkətlərin qarşısı alınacaq.xeber100.com

Oktyabr 21, 2018 9:37

Sinqapurun Çanqi hava limanı dünyanın ən yaxşı hava limanı seçilib

"Business Traveller Awards 2018" mükafatının versiyası üzrə Sinqapurun Çanqi hava limanı 31-ci il ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı seçilib.Milli.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanı Avropanın ən yaxşısı, Londonun Hitrou hava limanı isə "tax-free" sistemi ilə ƏDV məbləğini geri qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyanın ən yaxşısı seçilib.Aviaşirkətlər arasında "British Airways" 3 nominasiya üzrə qalib gəlib: "Qısa məsafələrə ən yaxşı daşıyıcı", "Daimi müştərilər üçün ən yaxşı proqram" və "Ən yaxşı salon" (5-ci terminalın gözləmə zalına görə)."Ən yaxşı loukoster" kateqoriyasında Britaniyanın "Easyjet" şirkəti qələbə qazanıb. "Şərqi Avropanın ən yaxşı aviaşirkəti" nominasiyasında "Aeroflot" birinci pillədə qərarlaşıb."Business Traveller Awards" mükafatı 1988-ci ildən oxucuların səsverməsinin nəticələri əsasında verilir.xeber100.com

Oktyabr 20, 2018 10:17

Türkiyədə dördtərəfli sammit keçiriləcək

Oktyabrın 27-də İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentlərinin Suriya böhranı üzrə sammiti keçiriləcək.Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də İstanbul şəhərində Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Suriya böhranını müzakirə etmək üçün sammit keçirəcək”, - deyə o bildirib.İbrahim Kalının sözlərinə görə, sammitdə böhranın nizamlanması, İdlib sazişinin reallaşdırılması və bölgədəki siyasi proseslərin müzakirəsi ilə yanaşı, Suriya münaqişəsinin digər aspektləri üzrə tərəflərin birgə fəaliyyətinin razılaşdırılması planlaşdırılır. Ortaq səylər münaqişənin uzunmüddətli həlli variantlarının axtarışına yönəlməlidir.Qeyd edək ki, sentyabrın ortalarında dördtərəfli sammitə hazırlıq məqsədilə İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin beynəlxalq məsələlər üzrə köməkçilərinin görüşü keçirilmişdi.xeber100.com

Oktyabr 19, 2018 2:31

Parlament seçkiləri üçün bütün hazırlıqlar başa çatıb

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının mətbuat katibi Sayed Hafizullah Haşimi oktyabrın 18-dən başlayaraq seçki kampaniyasının qadağan olunduğunu bildirib.Anadolu informasiya agentliyi xəbər verir ki, lazımi texniki qurğuların seçki mərkəzlərinə göndərildiyini deyən Haşimi seçki ilə bağlı bütün hazırlıqların başa çatdığını vurğulayıb. Bundan sonra namizədlər seçki mərkəzləri qarşısındakı təbliğat plakatlarını götürməsələr cərimə olunacaqlar.Əfqanıstanın daxili işlər naziri Veyis Bermek seçkilərdə təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlərin görüləcəyini deyib. Onun sözlərinə görə, seçki günü ölkə ərazisində 56 min təhlükəsizlik xidməti əməkdaşı xidmət göstərəcək.Seçki komissiyası parlament seçkilərində 417-si qadınlar olmaqla, ümumilikdə 2565 nəfərin namizədliyini qeydə alıb. Ölkədə 5100 seçki mərkəzində 21 min seçki qutusu qoyulacaq. Terror təşkilatlarının nəzarətindəki bölgələrdə seçki keçirilməyəcək.Qeyd edək ki, ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilmişdi.xeber100.com

Oktyabr 18, 2018 1:18

Dünya İqtisadi Forumu rəqabətlilik reytinqini açıqlayıb

Dünya İqtisadi Forumu ölkələrin qlobal rəqabətlilik reytinqini açıqlayıb. Estoniya bu siyahıda 32-ci yeri tutub.Azərtac xəbər verir ki, Estoniya ötən illə müqayisədə iki pillə geriləyib. Reytinq cədvəlinə ABŞ başçılıq edir. İkinci yerdə Sinqapur qərarlaşıb, üçüncü yerdə Almaniya gəlir.Finlandiya 11-ci, Litva 40-cı, Latviya 42-ci, Rusiya 43-cü yerləri tutublar.Dünya İqtisadi Forumu müxtəlif sahələrdə 12 nəzarət göstəricisinin rəqabət qabiliyyətini qiymətləndirərkən təsisatların keyfiyyətini, infrastrukturu, makroiqtisadi sabitliyi, sağlamlığı, təhsil səviyyəsini, peşəkarlığı, əmtəə və xidmətlər bazarının səmərəliliyini, maliyyə bazarının inkişafını, texnoloji inkişaf səviyyəsini, daxili bazarın miqyasını, şirkətlərin rəqabət qabiliyyətini nəzərə alır.xeber100.com

Oktyabr 17, 2018 3:55

Fransada hökumətin yeni tərkibi elan olunub

Fransada iki həftədir gözlənilən hökumətin yeni tərkibi elan olunub.Azərtac xəbər verir ki, Kristofer Kastaner Fransanın daxili işlər nazir təyin olunub. Sabiq mədəniyyət naziri Fransuaz Nisseni Frank Riester əvəz edib. Didye Giyom Stefan Traveri əvəz edərək Fransanın yeni kənd təsərrüfatı və ərzaq naziri təyin olunub.Kristofer Kastaner daxili işlər naziri təyin olunduğu üçün onun parlamentlə əlaqələr üzrə dövlət katibi vəzifəsini Mark Fesno tutub.xeber100.com

Oktyabr 16, 2018 10:32

Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı davam edir

Brexit barədə sazişin oktyabrın 17-dək əldə olunmasının vacibliyinə baxmayaraq, Krallığın Aİ-nin tərkibindən çıxması barədə danışıqlarda Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı hələ də qalır.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında deyib. Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Londonla Brüssel arasında saziş mümkün olsa da, onun nə vaxt baş tutacağı məlum deyil.Hant Böyük Britaniyanın Baş naziri Tereza Meyin heç vaxt ölkəsi üçün sərfəli olmayan sazişi imzalamayacağını da qeyd edib.xeber100.com

Oktyabr 15, 2018 12:40
    Page 104 of 301« First«...102030...102103104105106...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az